Adenoidlərin kliniki təsviri Adenoidlərin kliniki təsviri

Adenoidlərin kliniki təsviri

Adenoidlərin kliniki təsviri

1 - Burun tənəffüsünün çətinliyi.  Uşaq adenoidlərin dərəcəsindən asılı olaraq ya vaxtaşırı, ya da müntəzəm olaraq burunla tənəffüs etmir. Adenoidlərin iltihabı zamanı burun tutulmaları selikli və ya irinli axıntılarla (qatı sarı və ya yaşıl) müşayət olunur.Adətən uşaq gün ərzində ağzı açıq gəzir və yatır , yuxu zamanı fısıltı və ya xorultu eşidilir.  Səhərlər tez-tez şikayətlər –yaş, möhkəm,inadkar öskürək,traxeit və ya bronxit əlamətləri kimi dəyərləndirilir. Əslində bu selikli tənəffüs yollarının bütün gecəni orada yığılmış seliyin burunboğaz keçidindən aşağı axmasına  reaksiyadır.

2 - Eşitmənin zəifləməsi – bu şikayət adenoidlər olduqda olur, əsasən ikinci və üçüncü dərəcəlilərdə burunboğaz keçidindəki badamcıqlar böyüyür. Uşaq tez-tez təkrar sual verir, qulaqlarında ağırlığı, başına elə bil dəbilqə geyindirildiyini  hiss etdiyini  qeyd edir.

3 - Boğaz daxilində ağrı hissləri , burunudlaq hissəsindən aşağı axan selik nəticəsində ağızudlaq seliyinin iltihabı ola bilər. Ağrı burun tənəffüsünün çətinləşməsi və burun axıntıları fonunda udlaqda  vaxtaşırı və ya müntəzəm qıdıqlanma formasında ola bilər.

4 – Adenoidlər zamanı tənəffüs yollarının tez-tez, rinit, haymorit, frontit, angina, faringit, traxeit, bronxit və s. kimi iltihabi xəstəliklərə yoluxması xarakterikdir. Müvafiq xəstəliklərin əlamətlərindən hər bir halda  kliniki vəziyyət yaranacaq.

5 – Orta qulaq iltihabı – adenoidlərin olmasının tez-tez rast gəlinən əlamətlərindəndir. Uşaqların böyük əksəriyyətində orta otititin yaranma səbəblərindən biri  məhz burunudlaq limfa toxumalarının inkişafıdır. Kliniki olaraq – bu qulaqlarda və ya bir qulaqda olan ağrı, eşitmənin azalması, qulaq pərdəsinin perforasiyasına sübut olan qulaqdan tez-tez irin axmasıdır (“tez-tez” uşaqlarda orqanizmin reaktivliyi ilə izah olunur).

6 – Adenoid (I və II dərəcəli) olan uşaqlarda nitq pozğunluğu olur, daha çox burundan danışırlar, tez –tez diksiyanın pozğunluğu müşahidə edilir, bu cür xəstələr sərbəst sözləri və hərfləri deməyi  çətinliklə öyrənirlər. Loqopedin labüd köməyindən imtina etmək dərəcəsinə çatırlar.

7 – Burun tənəffüsünün pozğunluğu daxili orqanların və beyinin oksigenlə təmin olunmasına mənfi təsir göstərir. Bu əməkbacarığının aşağı enməsi, məktəbdə müvəffəqiyyətsizliyi, həmyaşıdları ilə müqayisədə fiziki inkişafda geriləməsi ilə təzahür edir.



Komment
Axırıncılar