Adenoidlərin müayinəsi
Popular

Funksional endoskopik sinus əməliyyatı (FESS) hazırda xroniki sinusitin müalicəsində , əsasən təkrarlanan polipoz zamanı qızıl standart hesab edilir.

Əvvəlcədən deyəcəm ki, bu metodları xəstələr üzərində yoxlamamışam, buna görə adenoidlərdə onların effektivliyindən şübhə edirəm

Bu əməliyyatın müxtəlif metodları mövcuddur. Ağrı kəsicilərdən aslı olaraq adenotomiya yerli anesteziya və anesteziya ilə fərqlənir.

Burun tənəffüsünün çətinliyi. Uşaq adenoidlərin dərəcəsindən asılı olaraq ya vaxtaşırı, ya da müntəzəm olaraq burunla tənəffüs etmir.

Həkim uşağın və valideynlərin sorğusuna ( gecələr xorultuya , ağızla tənəffüs etmə şikayətləri və s), obyektiv müayinəyə

Adenoidlərin müayinəsi

Adenoidlərin müayinəsi

1 – Həkim uşağın və valideynlərin sorğusuna ( gecələr xorultuya , ağızla tənəffüs etmə şikayətləri və s), obyektiv müayinəyə (ön rinoskopiya, arxa rinoskopiya)  əsaslanaraq, bu və ya digər dərəcəsinə görə adenoidlərin  dəqiq diaqnozunu qoya bilər

2 – obyektiv müayinə farinqoskopiya, ön rinoskopiya, arxa rinoskopiyadan ibarətdir.

Farinqoskopiya – udlağın, ağızudlağın arxa divarının vəziyyətinin dəyərləndirilməsi, arxa divardan selikli-irinli axıntının olması, badamcıqların, ağız  boşluğunun müayinəsidir. Bəzən yumşaq damağı şpatellə qaldırdıda adenoidləri görmək mümkündür (böyük artım dərəcələrində).

Ön rinoskopiya  -   burun keçidlərinin burun güzgüsü ilə bu cür müayinəsi zamanı  həkim burun keçidinin vəziyyətini, burun boşluğunda ayrılan şişin olmasını   dəyələndirir. Burun selikli qişasının anemiyasından və ya damarları yığan damcıları damızdırandan sonra xoranı örtən adenoid vegetasiyasını görmək mümkün olur.

Arxa rinoplastika  - burunudlaq keçidinin xüsusi güzgü ilə ağızudlaq keçidi ilə müayinəsi.  Güzgüdə həkim ya şırımlar, qatlar olan yarımşar formalaşma , ya da burunudlağın müxtəlif hissəsindən gələn bir-birndən ayrılan yuxarıdan sallanan məmə formalı qrupları görür. Bu kifayət qədər  informativ və zərərsiz metoddur, lakin ciddi qüsurları var – bu müayinəni uşaqlarda aparmaq çox çətindir, onların böyük əksəriyyətində bu cür müayinə sadəcə mümkün deyil.

3 - Burunudlaq keçidinin baramaqla müayinəsi müəyyən təsəvvür yaratmağa imkan verir. Həkim toxunuşla burunudlaqda adenoid vegetasiyasının mövcudluğunu , onların təxmini ölçüsünü hiss edir. Lakin uşaqların mövcud prossedura neqativ münasibətini, bu müayinənin nəticələr təfsirinin təxmini xarakterini nəzərə alaraq, mən bu cür müayinə aparılmasını tövsiyyə etmərəm.

4 – Endoskopik müayinə - sərt və çevik (fibroskoplar) olan  rinoskopların köməyi  ilə (rentgen ilə birlikdə) adenoidlərin müayinəsinin  ən informativ metodudur. Mütəxəssis vizual olaraq adenoid vegetasiyasının özünü, onların inkişaf dərəcəsini, onların iltihabının olmasını, eşitmə borularının ağzının vəziyyətini və digər məqamları görə bilir. Burunudlaq keçidinin endoskopik müayinəsinin üstünlükləri informativ, zərərsiz, müayinə nəticələrinin sənədləşdirilməsi (foto və videoçəkiliş) imkanıdır. Qüsurları – çox hallarda (yerli anesteziya ilə ) uşaqlrada prossedurun aparılmasının çətinliyi . 

5 – Daha çox istifadə edilən metodu – burunudlağın rentgenoqrafiyasıdır.  Rentgenoqrafiya müayinəsinin köməyi ilə adenoidlərin dərəcəsi, onların digər toxumalarla və orqanlarla (məsələn, adenotomiya zamanı vacib olan  onurğa ilə) əlaqəsi müəyyən olunur.  


Axırıncılar

Birtərəfli atreziya və tamamilə yoxluğu zamanı iki tərəfli atreziya burun tənəffüsündə çətinliklər yaradır

Kəllə əsasının yuvenil anqiofibroması - əksər hallarda yeniyetmə oğlanlarda yaranan nadir xoşxassəli şişdir

Funksional endoskopik sinus əməliyyatı (FESS) hazırda xroniki sinusitin müalicəsində , əsasən təkrarlanan polipoz zamanı qızıl standart hesab edilir.

Əvvəlcədən deyəcəm ki, bu metodları xəstələr üzərində yoxlamamışam, buna görə adenoidlərdə onların effektivliyindən şübhə edirəm

Bu əməliyyatın müxtəlif metodları mövcuddur. Ağrı kəsicilərdən aslı olaraq adenotomiya yerli anesteziya və anesteziya ilə fərqlənir.