Adenoidl və adenoidit zamanı fitoterapiya Adenoidl və adenoidit zamanı fitoterapiya
Popular

Adenoidl və adenoidit zamanı fitoterapiya

Adenoidl fitoterapiya

Adenoidlər və adenoiditlər zamanı fitoterapiya

Əvvəlcədən deyəcəm ki, bu metodları xəstələr üzərində yoxlamamışam, buna görə adenoidlərdə onların effektivliyindən şübhə edirəm, lakin müxrəlif  nəşrlərdə və internetdə tez-tez təsadüf olunan bir neçə reseptləri verməyi qərara almışam. Bunlar mənim fikrimcə adenoidlərin iltihabı zamanı hər hansı bir effekt göstərə bilər.

Bu bitgiləri və ya dərmanları adenoidlərin böyüməsində, eləcə də iltihabında həm yuma, həm də damızdırma şəklində tədbiq etmək olar.

Beləliklə:

1. Basurotunu çiçəklənən zaman  yığıb ət şəkən maşından keçir, şirəsini çək. Bir damcı şirəyə -20damcı su.

2. Bal və çuğundurun qarışığı. Çuğundur şirəsinin 3/2 hissəsinə  balın 2/1 hissəsini əlavə elə, və bu tərkibi 5-6 damcı burunun hər dəliyinə gündə 4-5 dəfə  damızdır.

3. İynəyarpaq – sidr  yağını  hər burun dəliyinə gündə 3 dəfə damızdır.

4. 1 x.qaşığı evkalipt yarpağı, ½  x.qaşığı  ağcaqayın yarpağı, 1x.qaşığı çobanyastığı ləçəkləri. Hazırlanmış 1 x.qaşığı qarışığa 200 ml qaynar su əlavə edin, 1saat dəmləyin. Hər burun dəliyinə 2-4 damcı gündə 1-2 dəfə damızdırın. 

  • - Hər gün burun-udlağı dəniz suyu və ya onun əvəzediciləri ilə yaxalayın.1stəkan qaynar suya 1 çay qaşığı dəniz duzu və 5-6 damcı yod əlavə edin. Burun və udlağı duzlu su ilə yaxalamaq.
  • - 1 stəkan çobanyastığı dəmləməsi və  ½ x.qaşığı bal.
  • - Rotokan (1-1/2 çay qaşığı 1st.suya) –burunu yaxalamaq və burun- udlağa damızdırmaq.
  • - Bir stəkan qaynar suda ¼ çay qaşığı sodanı və 15-20-25 damcı (yaş həddindən asılı olaraq) 10% spirtli propolis məhlulunu həll etmək.
  • - Yaşıl çay  (1stəkan qaynar suya 1çay qaşığı bitgi, 15-20dəqiqə dəmləmək) –burun və burun –udlağı yaxalamaq.
  • - Qtırquyruğu dəmləməs iləi ( 1çay qaşığı qatırquyruğu 1stəkan qaynar suyla 5 dəqiqə dəmləmək, soyutmaq) burun və burun –udlağı yaxalamaq.
  • - Palıd qabığı, evkalipt, dazıotu dəmləməsi ilə (3-6 q yarpaqları 200 ml suya) - burun və burun –udlağı yaxalamaq.
  • - Dazıotu dəmləməsi ilə - burun və burun –udlağı yaxalamaq.

İstifadə edilən məhlulun temperaturu 38-40 dərəcə olmalıdır. Gün ərzində 2-3-4 dəfə yaxalama. Günlərin sayı: 10-12-14 


Komment
Axırıncılar