Adenotomiya Adenotomiya

Adenotomiya

Adenotomiya

Adenotomiya – adenoidlərin cərahhi yolla müalicəsi

Bu günkü gen adeonidlərin yalnız bir effektiv müalicə yolu movcuddur - adenotomiya  (adenoidlərin götürülməsi).  Bu əməliyyatın müxtəlif metodları mövcuddur. Ağrı kəsicilərdən aslı olaraq adenotomiya  yerli anesteziya və anesteziya ilə fərqlənir.

Hələ bu yaxınlara kimi çox effektiv agrıkəsici üsulları yox di, bütün xəstələrə adenotomiyanı anesteziya olmadan edirdilər. Buna görə bir qayda olaraq valideynlər özləri və ya qohumlarında adenoidləri anesteziya olmadan götürülməyinə əsaslanaraq bu məsələ ilə əlaqədar narahat olurlar.  Belə əməliyyatlar hansı anesteziya ilə aparılmalıdır?

İndiki zamanda iki növ anesteziya mövcuddur.

Bu günə kimi ədəbiyyatlarda  yerli anesteziya və ümumi anesteziyanın üstünülkləri və mənfi cəhətləri müzakirə olunur. Yerli anesteziya selikli qişaya ağrıkəsici vasitələrin sürtülməsi və ya spreylə səpilməsi ilə  həyata keçirilir. Onun düzgün yerinə yetirilməsi zamanı bu metod olduqca effektivdir, lakin , əməliyyat zamanı uşaq özündə olur və hər şeyi görür. Hətta uşaq ağrını hiss etmirsə belə , qan görən zaman qorxur və ağlayır. Bəzi uşaqların bu psixologiyasına təsir edir və əməliyyatdan sora onu həkimə boğazını göstərməyə məcbur etmək mümkün olmur. Buna görə yerli anesteziyanı  sakitləşdirici pereparatların əzələ daxili qəbulu ilə tamamlamaq məqsədəuyğundur.

Bu üsul uzun illər istifadə olunur və olduqca təsirlidir. Əsas odur ki, uşaq özündə olur , lakin “sakitləşdirilib, bu da psixi travmanı yüngülləşdirir.

Rusiya həkimlərinin böyük əksəriyyətinin təşkil etdiyi yerli anesteziya tərəfdarları nöqteyi nəzərindən bu metodun üstünlüklərini:

1) əməliyyatın tez keçməsi;

2)  işçi heyyət və avadanlıqların minimal sayı və çox məhdud xərcləri hesab edirlər.

Bu metodun üstünlüklərini vurğulayan dəlillər kimi onlar ümumi anesteziyada mümkün daxili qanaxma və anesteziya sonrası baş verə bilən ürəkbulanma , başgicəllənmə kimi fəsadları hesab edirlər. Eyni zamanda bir çox müəlliflərin məlumatına görə (bu fikri  tamamilə bölüşürəm), əsasəndə K.Keppe, (1996), ümumi anesteziyada qanaxma halları azdır. Düşünürəm ki, bu şəkil və videolar əsasında sizin üçün əməliyyat metodunda seçim etmək asan olacaq.



Mən uşaq yaşlarında adenotonsillektomiyanı endotrakeal anesteziya altında keçirmək lazım olduğunu hesab edən müəlliflərlə razılaşıram. Böyük əmək, zaman və vasitələrin sərfinə baxmayaraq anesteziyanın tədbiq edilməsi böyük üstünlüklər verir. İlk öncə yaranmış psixoemosinal travmanı xatırlamaq lazımdır. Uşaqla ilk tanış olan gündən bunun üzərində çalışmaq lazımdır. Uşaq psixikasını qorumaq üçün mənim zənnimcə, əməliyyatda olma müddətini istisna etməklə xəstələri valideynlərindən ayırmaq olmaz. Bundan başqa hansı yerli anesteziya vasitəsi istifadəsindən asılı olmayaraq uşaqlarda əməliyyat, əsasən də adenotomiya haqqında ağır xatirələr qalır. Ümumi anesteziya üçün fluorotano-azotlu endotrakeal anesteziya miorelaksant istifadəsilə yaranmış güclü tənəffüs vasitəsi ilə tədbiq edilir. Xəbərdarlıq məqsədi ilə şişmə manjetli endotraxeal borulardan istifadə olunur. Əməliyyat xəstənin beli üzərində uzanması vəziyyətində keçirilir. İnteqrasiya olunmuş şpatelli ağızgenişləndiricisinin istifadəsi sol əl ilə hərəkət üçün geniş imkanlar yaradır.



 Ümumi anesteziya altında adenoid veqetasiyalarının götürülməsi bir sıra üstünlüklərə malikdir. Xəstənin narkotik yuxu vəziyyətində olması əməliyyatı sakit mühitdə, dəqiq və səliqəli keçirməyə imkan verir. Bu zaman əgər baş  versə qanaxmanın qarşısını almaq üçün geniş imkanlar yaranır.  Sirr deyil ki, əməliyyatın keyfiyyətli keçməsi uşağın özünü aparmağından asılıdır. Anesteziya şəraitində əməliyyat daha dəqiq yerinə yetirilə bilər, belə ki, burun boğaz keçidinin  barmaqlarla müəyinəsi ilə yanaşı vizual yoxlaması da  mümkündür. Hemostazın həyata keçirilməsi üçün hemostatik vasitələrlə  qanqısamüddətli (5-10 dəq.) tamponada istifadə edilir. Uzunmüddətli tamponadanın zəruriyyəti zamanı ənənəvi metodlarla yerinə yetirilir. Belə ki, bu zaman xəstənin aktiv müqavimətinə baxmayaraq uyğun ölçülü tampon seçmək və onu burun boğaz keçidinə yerləşdirmək asandır. Bu cür prosedur yerli anesteziya altında yerinə yetirilərsə, uşağa mütləq psixoemosional travma dəyəcək.

Mənim fikrimcə endotraxeal anesteziya şəraitində adenotomiyanın üstün cəhəti adenoid toxumalarının rezeksiyalı hissələrinin asperasiyasının mümkünsüzlüyü hesab olunur. Traxeyanın və ya bronxların obstruksiyası zamanı xəstəyə dərhal xüsusi alətlərin tədbiqi ilə bronxoskopiya tələb olunur. Yerli anesteziya ilə xüsusi adenotomların istifadəsi zamanı da təhlükə var. Bu səbəblərə görə ümumi anesteziyanın digər kütləvi və venadaxili anesteziya kimi  üsullarının istifadəsi ilə risk etmək olmaz. Endotraxeal anesteziya zamanı bu cür ağırlaşmalardan hətta təcrübəsiz cərrah da qorxmaya bilər. Usaqlarda ümumi anesteziyanın tədbiqi həm də uşağın psixologiyasına ehtiyatlı münasibət nöqteyi nəzərindən istisna deyil,bir qayda olmalıdır. Beləliklə , uşaqlarında adenoma olan valideynlərə əməliyyata ümumi anesteziya ilə razı olmağı tövsiyyə edirəm. Rusiya xəstəxanalarının böyük əksəriyyəti hazırda bu təcrübəni qəbul edib.

   Nəhayət ən vacib sual. Adenotomiyanı anesteziya olmadan keçirmək olarmı? Bəli, olar. Bunun fizioloji izahı var. Adenoid toxumasının strukturu belədir ki, orada ağrı sinir lifləri yoxdur. Adi vaxtı insan boğaz boşluğundakı badamcıqlara iynə vurduqda ağrı hiss etməyəcək. Bunun üçün təcrübə keçirməyi tövsiyyə etmirik. Həm də, uşağa bunu izah etmək mümkün deyil, və şərait varsa anesteziya mütləq edilməlidir.

Qərb LOR-cərahiyyəsinə gəldikdə isə orada adenotomiya ümumi anesteziya altında keçiririlir.

Ümid edirəm ki, anesteziya ilə bağlı seçim bir qədər aydın oldu.

İstifadə edilən alətlərdən asılı olaraq adenotomiya klassik, soyuqplazmalı, endoskopik olur. Metodundan asılı olmayaqraq əməliyyatın məqsədi burun boğaz keçidindən adenoid toxumasının kəsilib götürülməsidir. Hər üsulun yalnız mütəxəsislərin deyil, düzgün seçim üçün valideynlərin də bilməli olduqları öz xüsusiyyətləri var.

Indi adenotomiyanın metodlarına ayrılıqda tədqiq edək. Aşağıda deyilənlər ümumi anesteziya ilə aparılan əməliyyata aid olacaq.

Klassik götürülmə zamanı həkim sakit və tələsmədən adenoid toxumasını adenotom və qırtlaq güzgüsü ilə yoxlayaraq götürmə imkanı var.

 

 Yumşaq əti xüsusi alətlə qaldıraraq o burun boğaz keçidində adenoidin olub olmamasını diqqətlə araşdırır, araşdırma barmaq müayinəsi ilə tamamlanır. Əməliyyat 2-5 dəqiqə ərzində burun boğaz keçidində toxumalara turundu basaraq asan dayandırıla bilən qanaxma ilə müşayət olunur, nadir hallarda qanaxmanı saxlamaq üçün əlavə metodlardan istifadə edilir ( radiodalğalı və ya lazerlə yandırılma, xüsusi qanaxmanın qarşısını alan tozşəkilli dərmanların səpilməsi ilə).

Radiodalğalı adenotomlar var ki, adenoid vegetasiyalarını kəsir və yaralanmış toxumaları laxtalandırır.

 

Soyuqplazma metodunda  soyuq plazma (koblator) prinsipi istifadə edilir. Bu otorinolaringologiyada ən müasir üslubdur. Bu əməliyyatın xüsusiliyi qan çıxmadan, adenoid toxumasının tam kəsilməsidir.

 Bu metodlara əhəmiyyətli əlavələrdən biri əməliyyat zamanı xüsusi optik sistem vasitəsi ilə endoskopik nəzarət olmalıdır. Yalnız bu zaman adenoid toxumasının tam kəsilməsinə əmin olmaq olar.

Digər valideynlərin demək olar hamısının verdiyi  aktual suallardan biri  əməliyyatdan sonra adenoidlərin əmələ gəlmə ehtimalı ilə bağlıdır. Təəssüf ki, relapslar (adenoidlərin təkrar əmələ gəlməsi)  tez -tez rast gəlinir. Bu aşağıda sadalanan səbəblərədn asılıdır.

Ən əsası – aparılan əməliyyatın keyfiyyətidir. Əgər cərrah adenoid toxumasını tam götürmürsə, adenoidin təkrar böyüməsi mü