Funksional endoskopik sinus cərrahiyəsi (FESS) Funksional endoskopik sinus cərrahiyəsi (FESS)

Funksional endoskopik sinus cərrahiyəsi (FESS)

FESS

Funksional endoskopik sinus cərrahiyəsi  (FESS) hazırda xroniki sinusitin müalicəsində, əsasən təkrarlanan polipoz zamanı qızıl standart hesab edilir. Bu əməliyyat funksiyanın və yumşaq keçid üzərində haymor sinusunun orta divarının osteomeatal kompleksinin keçidinin yaxılaşdırılması və burunətrafı sinusların açılmasına əsaslanır.


Cərrahiyyə texnologiyası 80-cı illərin əvvəlləri Kennedi tərəfindən standartlaşdırılıb və populyarlaşdırılıb .Hələ də bu metod dünyada geniş yayılıb və hal-hazırda bütün xəstəxanalarda adi hala çevrilib.

Funksional endoskopik sinus cərrahiyəsi  (FESS) –  bu texnologiya sahəsində baş verən nailiyyətlər, eləcə də burun endoskopunun yaranması sayəsində mümkün olan  müasir burun əməliyyatıdır ki, bu prossedur kəsiksiz və yalnız burundan  aparılır. Burun endoskopu burun boşluğunun dəliyinə yeşləşdirilir. İşıqlandırma və optik böyüdülmə hesabına cərrah əməliyyat zamanı  burun boşluğunun bütün quruluşunu və sinusları görə bilər. 


Funksional endoskopik sinus əməliyyatı üçün əlamətlər hansılardır (FEES)? Endoskopik əməliyyat üçün daha geniş yayılmış göstərici  “xroniki sinus”dur. Xroniki sinus  - bu termin burun və burunətrafı sinusların iltihabı prossesinə təyin olunub.

Daha az yayılmış  əlamətlər: sinusitlərin ağırlaşması (sinusit – burunətrafı sinusların iltihabı), burun polipləri, burunətrafı sinuslar muko və ya pioseli, burunətrafı sinusların dəliklərinin bloklanması ilə yaranan xroniki baş ağrıları, iy bilmə qabiliyyətinin pozulması, burun və burunətrafl sinusların ödemi, serebrospinal maye sızması, dakriosistit, xoan arteziyası , eləcə də orbitin dekompressiyasının vacibliyi. Bundan başqa, endoskopik texnika sahəsindəki son nailiyyətlər cərraha beyin bazasına məsələn adenoma qipofizə daxil olmağa imkan verir.

Endoskopik cərrahiyənin üstünlükləri nədir?


1 -  Funksional endoskopik sinus əməliyyatı (FEES) -  qeyri-mürəkkəb  texniki və effektiv metoddur.  Əvvəllər burunətrafı sinuslarda əməliyyat xarici kəsiklər (sifət və üst dodağın üzərində)  ilə həyata keçirilirdi, əməliyyat sonrası dövrlərdə xəstələr böyük sarğılarla gəzməyə məcbur olur, əməliyyat sonrası  erkən və sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə  narahatçılıq keçirirdilər, bərpa olunma uzun müddət davam edirdi. Əməliyyat sonrası dövr  klassik burun əməliyyatı ilə müqayisədə əhəmiyyətli dərəcədə  yüngül keçir. Endoskopik əməliyyatdan sonra nadir hallarda tamponlaşma tələb olunur, tamponlaşma zamanı vacib olduqda tez çıxarıla bilən çox böyük olmayan tamponlar istifadə edilir. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti əhəmiyyətli dərəcədə azdır, nadir hallarda ağrı sindiromu olur.

2 – Xroniki sinusitlərin əsas səbəbləri- burunətrafı sinusların dəliklərinin bloklanması, onların drenaj funksiyasının pisləşməsidir. Funksional endoskopik sinus əməliyyatının (FEES)  əsas məqsədi  sinusların drenaj funksiyasının yaxşılaşdırılmasıdır. Xəstə sinusun təbii drenaj yollarını genişləndirərək  xəstəliyin əlamətləri azalır və ya tamamilə keçir.

3 -  Bəzi hallarda problem sinuslarda selikli qişanın dəyişməsi olur və onun müalicəsi üçün genişlənmiş drenaj dəliyindən sinus boşluğuna  dərman vasitələrinin müdaxiləsini təmin etmək vacibdir. Bu funksional endoskopik sinus əməliyyatının  (FEES) üstün cəhətidir – dərman pereparatlarının (məsələn, sprey, məhlul) sinusların selikli qişasına ,onlar açılandan sonra çatmasını təmin etməkdir. Beləlikə, əməliyyat konservativ müalicəyə əlavədir, əvəzedici deyil. Məsələn, polipoz prosses zamanı sinuslarda funksional endoskopik sinus əməliyyatı (FEES) sinuslara geniş müdaxiləni təmin edir və onların selikli qişasına dərman vasitələrinin (yerli qlyukokortikosteroidlər) maneəsiz çatmasına imkan verir. Onların istifadə edilməməsi zamanı  polipin təkrarlanması riski yüksək olaraq qalır.