Xoanal atreziaya Xoanal atreziaya

Xoanal atreziaya

Xoanal atreziaya

Xoanal atreziya burun arxa divarının anadangəlmə daralmasıdır, bu zaman burundan gənziyə keçid mövcud olmur.

Birtərəfli atreziya və tamamilə yoxluğu zamanı iki tərəfli atreziya  burun tənəffüsündə çətinliklər yaradır. Bu nadir xəstəliklərdəndir.


Mövcud patalogiya 7000 diri doğulmuş körpələrdən 1də rast gəlinə bilər. Əsasən qız uşaqlarında müşahidə olunur. Burun dəliklərinin hər iki  arxa keçidinin  daralması müşahidə olunanda  ikitərəfli, bir burun keçidinin darlığı müşahidə edildikdə birtərəfli Xoanal atreziya ola bilər. Burun dəliklərini bağlayan toxuma 30% hallarda sümüklü, 70% hallarda qarışıq ( sümük və membran) ola bilər.

 

Ikitərəfli xoanal atreziya  yenidoğulmuş körpə üçün təhlükə yaradır, əlamətləri isə doğuşdan dərhal sonra yaranır.


Bu cür patalogiyalı uşaqlar burunla nəfəs ala bilmirlər, bu  yaşda uşaqların ağızla nəfəs ala bilmədiklərini nəzərə alsaq ,bunun ciddi pataloji xəstəlik oduğu  aydın olur. Müvafiq yardımın göstərilməməsi zamanı bu cür usaqlar  sadəcə ölə bilərlər.


Birtərəfli xoanal atreziya atreziyanın nəticələri çox da cidii olmayan daha geniş yayılmış növüdür.


Bu növ atreziyanın mövcudluğu adətən dərhal təzahür etmir.

Xoanal atreziyanın inkişafının səbəbləri nədir?

Xoanal atreziya burun və gənziyin bətn daxili inkişaf zamanı pozğunluğunun nəticəsində yaranan inkişaf anomaliyasıdır. Lakin bu cür inkişafın səbəbləri mövcud deyil.

Xoanal atreziyanın  əlamətləri hansılardır?

Xoanal atreziya əlamətlərinə daxildir:

·         Birtərəfli prosses zamanı  mürəkkəb burun tənəffüsü və ikitərəfli prosses zamanı burun tənəffüsünün olmaması

·         Səsli tənəffüs

·         Yenidoğulmuş körpənin ikitərəfli atreziya zamanı qidalandırılmasının mümkünsüzlüyü, bir tərəfli atreziya zamanı çətinliyi

·         Burun axıntıları

Növbəti müayinə endoskopiya və kompyüter tomoqrafiyası  (KT) və ya maqnitli rezonans tomoqrafiya (MRT) aparılır.

Müayinə xoanal atreziyanı göstərir.  İkitərəfli xoanal atreziya zamanı xəstələr doğuşdan dərhal sonra nəfəs ala bilmirlər. Bundan başqa, bu cür uşaqlar normal vəziyyətdə nəfəs ala bilmirlər çünki, ağız boşluğu ilə tənəfüss refleksi onlarda hələ formalaşmayıb. Bu cür uşaqlar yalnız ağlayarkən havanı alıb verə bilərlər. Buna görə ikitərəfli atreziya zamanı bu cür uşaqlara doğuşdan dərhal sonra intubasiya tələb olunur.

Birtərəfli xoanal atreziya zamanı xəstələr yenidoğulmuş dövründə bu xəstəliyin hər hansı bir əlamətini biruzə vermirlər. Əlamətlər sonra körpəlik dövründə, nəzərə çarpan ümumi burun tutulması, bir tərəflə tənəffüsün mümkünsüzlüyü, bir burun boşluğundan selik və ya çirk axması, ağız boşluğu ilə tənəffüs əlamətlərinin yaranması ilə təzahür edir.

Xoanal atreziyanı necə müalicə etmək olar?



 Müalicə anomaliyanın ağırlığından (birtərəfli və ya ikitərəfli prosses) və pataloqiyanın uşağın tənəffüsünə nə dərəcədə təsir göstərməsindən eləcə də, uşaqda digər uyğun  xəstəliklərin mövcud olmasından asılıdır.

 Birtərəfli xoanal atreziyanın müalicəsi

Birtərəfli xonal atreziya zamanı yeni doğulmuş dövründə tənəffüs üçün oksigen verilməsi və burun boşluğunun atreziya olan tərəfinin xüsusi aspirator vasitəsilə sovrulması ilə məhdudlaşır. Cərrahi müalicəsi yalnız 2,5 yaşdan sonra aparılır.

 İkitərəfli  xoanal atreziyanın müalicəsi.

Müalicəsi cərrahi yolladır və nə qədər tez əməliyyat keçirilsə o qədər yaxşıdır. Əvvəlcə uşağın vəziyyəti dəyərləndirilir, uyğun patalogiya mövcud olduğu halda əməliyyat haqqında qərar qəbul edilir. Cərrahi müdaxilənin əsas məqsədi – uşağın inkişafına kömək etmək üçün tənəffüs yollarının açılmasına nail olmaqdır. Əməliyyat ümumi anesteziya ilə aparılır.

Xoanal atreziyanın cərrahi müalicəsində iki əsas yanaşma mövcuddur.

 Transnazal endoskopik üsul

Transnazal endoskopik üsül xoanal atreziyanın hzırda ən geniş yayılmış cərrahi müalicə metodudur. İstənilən yaşda xəstələrə uyğundur. Endoskopik yanaşma hətta yeni doğulmuş  uşaqlarda burun dəliyinin genişləndirilməsi əməliyyatını təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Arxa burun keçidləri müxtəlif alətlərin  kombinasiyası, rmüxtəlif genişləndirici alətlər,elektrik və ya radiokoaqulyator, xüsusi bor maşınları ilə açılır, sonra genişləndirilmiş dəliyə  endotraxeal boru  və ya ucunda şişirtmə manjeti olan xüsusi borularla stent quraşdırılır. Stent yalnız əməliyyat zonası tam sağaldıqdan sonra çıxardılır ki,adətən buna bir neçə həftə (3-4 həftə) tələb olunur.


 Tranpalinal üsul

Bu üsulun mahiyyəti odur ki,   əməliyyat damaq vasitəsi ilə həyata keçirilir. Hazır ki, üsul atreziyanın digər üz skletinin anadangəlmə anomaliyası ilə əlaqəsində istifadə edilir.

Əməliyyatla bağlı suallarınızı müəlliflə bu nömrə ilə  +99450-429-48-58 əlaqə saxlayaraq müraciət edə bilərsiniz.

 


Komment
Axırıncılar