Adenoidlər-müəyyənləşməsi, mərhələləri

Bizim bugünkü mühazirəmizin mövzusu – adenoidlər - uşaqlarda ən çox yayılan nəfəs problemi xəstəlik haqqındadır. Deməli bu nədir və onu nə ilə “yeyirlər”?
Adenoidlər - burunboğaz badamcıqlarının pataloji inkişafı ilə xarakterizə olunan yuxarı tənəffüs yollarının xəstəliyidir ki, bir neçə mərhələlərindən asılı olaraq burun nəfəs almasındakı çətinliklərindən başlayaraq eşitmə qabiliyyətinin itirilməsinə kimi özünü biruzə verə bilər. Adenoidlər müxtəlif yaş qrupundan olan, əsasən isə 4-8 yaşlı uşaqlarda olur.
Normal vəziyyətdə adenoidlər bütün uşaqlarda var və burun boğza birləşməsində kiçik ölçülü limfoid formasını təşkil edir. Bu formalaşmalar uşaq orqanizminin normal həyat fəaliyyəti üçün
vacib olan imminoqlubinlər ifraz edə bilən immun toxumalarından ibarətdir. O tənəffüs yollarının başlağıcında yerləşən müdafiə qapıları kimidir, ətraf mühitin əlverişsiz təsiri ilə mübarizə apararaq onlar uşaq orqanizmini qoruyur. Lakin müxtəlif əlverişsiz, əsasən də xarici faktorların (müntəzəm infeksion xəstəliklər, bəzi”xüsusi” infeksiyalar, məsələn qızılça, qırmızı atəş, difteriya, allergenlərin daimi fəaliyyəti) fəaliyyəti nəticəsində adenoidlərin ölçüləri artır və iltihablaşır.
Adenoidlərin yayılmasının üç mərhələsi var:
I mərhələ - böyümüş
limfoid veqetasiyası, adenoid, burunun arxa divarının yuxarı hissəsinin 1/3-ni bağlayır, bu mərhələ kliniki olaraq növbəti formada təzahür edir – səhər uşaq rahat nəfəs ala bilir, ağız bağlı olur, yuxu zamanı isə, insan bədəni üfüqi vəziyyətdə olarkən adeonidlər böyüyür, nəfəs almaq çətinləşir, xoruldamağa başlayır.
II mərhələ - , adenoid, yayılaraq burunun arxa divarının yuxarı hissəsinin 2/3-ni bağlayır, bu mərhələ kliniki olaraq növbəti formada təzahür edir, uşaqlar adətən yuxuda xoruldamağa başlayırlar, bütün sutkanı ağzı açıq nəfəs almağa məcburdurlar.
III mərhələ - , adenoid, burunun arxa divarını tam bağlayır, kliniki təzahürlər II mərhələdə olduğu kimidir, lakin xorultu daimidir, uşaq bütün sutkanı ağzı ilə nəfəs alır. Adenoidlərə ikinci və üçüncü mərhələlərdə müxtəlif fəsadlar mövcuddur: otit, qaymorit, frontit, angina və s.
Komment