Adenoidlərin müayinəsi

1 – Həkim
uşağın və valideynlərin sorğusuna ( gecələr xorultuya , ağızla
tənəffüs etmə şikayətləri və s), obyektiv müayinəyə (ön rinoskopiya, arxa
rinoskopiya) əsaslanaraq, bu və ya digər dərəcəsinə görə
adenoidlərin dəqiq diaqnozunu qoya bilər
2 – obyektiv müayinə farinqoskopiya, ön rinoskopiya,
arxa rinoskopiyadan ibarətdir.
- Farinqoskopiya –
udlağın, ağızudlağın arxa divarının vəziyyətinin dəyərləndirilməsi,
arxa divardan selikli-irinli axıntının olması, badamcıqların, ağız
boşluğunun müayinəsidir. Bəzən yumşaq damağı şpatellə qaldırdıda adenoidləri
görmək mümkündür (böyük artım dərəcələrində).
- Ön rinoskopiya - burun
keçidlərinin burun güzgüsü ilə bu cür müayinəsi zamanı həkim burun
keçidinin vəziyyətini, burun boşluğunda ayrılan şişin
olmasını dəyələndirir. Burun selikli qişasının anemiyasından
və ya damarları yığan damcıları damızdırandan sonra xoranı örtən adenoid vegetasiyasını
görmək mümkün olur.
- Arxa rinoplastika - burunudlaq keçidinin
xüsusi güzgü ilə ağızudlaq keçidi ilə müayinəsi. Güzgüdə həkim ya
şırımlar, qatlar olan yarımşar formalaşma , ya da burunudlağın müxtəlif
hissəsindən gələn bir-birndən ayrılan yuxarıdan sallanan məmə formalı
qrupları görür. Bu kifayət qədər informativ və zərərsiz metoddur,
lakin ciddi qüsurları var – bu müayinəni uşaqlarda aparmaq çox çətindir,
onların böyük əksəriyyətində bu cür müayinə sadəcə mümkün deyil.
3
- Burunudlaq keçidinin baramaqla müayinəsi müəyyən
təsəvvür yaratmağa imkan verir. Həkim toxunuşla burunudlaqda adenoid
vegetasiyasının mövcudluğunu , onların təxmini ölçüsünü hiss edir. Lakin
uşaqların mövcud prossedura neqativ münasibətini, bu müayinənin nəticələr
təfsirinin təxmini xarakterini nəzərə alaraq, mən bu cür müayinə aparılmasını
tövsiyyə etmərəm.
4 – Endoskopik
müayinə - sərt və
çevik (fibroskoplar) olan rinoskopların köməyi ilə
(rentgen ilə birlikdə) adenoidlərin müayinəsinin ən informativ
metodudur. Mütəxəssis vizual olaraq adenoid vegetasiyasının özünü, onların
inkişaf dərəcəsini, onların iltihabının olmasını, eşitmə borularının ağzının
vəziyyətini və digər məqamları görə bilir. Burunudlaq keçidinin endoskopik
müayinəsinin üstünlükləri informativ, zərərsiz, müayinə nəticələrinin sənədləşdirilməsi
(foto və videoçəkiliş) imkanıdır. Qüsurları – çox hallarda (yerli anesteziya
ilə ) uşaqlrada prossedurun aparılmasının çətinliyi .
5 – Daha çox
istifadə edilən metodu – burunudlağın rentgenoqrafiyasıdır. Rentgenoqrafiya
müayinəsinin köməyi ilə adenoidlərin dərəcəsi, onların digər toxumalarla və
orqanlarla (məsələn, adenotomiya zamanı vacib olan onurğa ilə)
əlaqəsi müəyyən olunur.
Komment