Adenoidl və adenoidit zamanı fitoterapiya

Adenoidlər və adenoiditlər zamanı fitoterapiya
Əvvəlcədən deyəcəm ki, bu
metodları xəstələr üzərində yoxlamamışam, buna görə adenoidlərdə onların
effektivliyindən şübhə edirəm, lakin müxrəlif
nəşrlərdə və internetdə tez-tez təsadüf olunan bir neçə reseptləri
verməyi qərara almışam. Bunlar mənim fikrimcə adenoidlərin iltihabı zamanı hər
hansı bir effekt göstərə bilər.
Bu bitgiləri və ya dərmanları adenoidlərin böyüməsində, eləcə də iltihabında həm yuma, həm də damızdırma şəklində tədbiq etmək olar.
Beləliklə:
1. Basurotunu çiçəklənən
zaman yığıb ət şəkən maşından keçir, şirəsini
çək. Bir damcı şirəyə -20damcı su.
2. Bal və çuğundurun
qarışığı. Çuğundur şirəsinin 3/2 hissəsinə
balın 2/1 hissəsini əlavə elə, və bu tərkibi 5-6 damcı burunun hər
dəliyinə gündə 4-5 dəfə damızdır.
3. İynəyarpaq – sidr yağını
hər burun dəliyinə gündə 3 dəfə damızdır.
4. 1 x.qaşığı evkalipt
yarpağı, ½ x.qaşığı ağcaqayın yarpağı, 1x.qaşığı çobanyastığı
ləçəkləri. Hazırlanmış 1 x.qaşığı qarışığa 200 ml qaynar su əlavə edin, 1saat dəmləyin.
Hər burun dəliyinə 2-4 damcı gündə 1-2 dəfə damızdırın.
- - Hər gün burun-udlağı dəniz suyu və ya onun
əvəzediciləri ilə yaxalayın.1stəkan qaynar suya 1 çay qaşığı dəniz duzu və
5-6 damcı yod əlavə edin. Burun və udlağı duzlu su ilə yaxalamaq.
- - 1 stəkan çobanyastığı dəmləməsi və ½ x.qaşığı bal.
- - Rotokan (1-1/2 çay qaşığı 1st.suya) –burunu yaxalamaq
və burun- udlağa damızdırmaq.
- - Bir stəkan qaynar suda ¼ çay qaşığı sodanı və
15-20-25 damcı (yaş həddindən asılı olaraq) 10% spirtli propolis məhlulunu
həll etmək.
- - Yaşıl çay (1stəkan qaynar suya 1çay qaşığı bitgi,
15-20dəqiqə dəmləmək) –burun və burun –udlağı yaxalamaq.
- - Qtırquyruğu dəmləməs iləi ( 1çay qaşığı
qatırquyruğu 1stəkan qaynar suyla 5 dəqiqə dəmləmək, soyutmaq) burun və
burun –udlağı yaxalamaq.
- - Palıd qabığı, evkalipt, dazıotu dəmləməsi ilə
(3-6 q yarpaqları 200 ml suya) - burun və burun –udlağı yaxalamaq.
- - Dazıotu dəmləməsi ilə - burun və burun –udlağı yaxalamaq.
İstifadə edilən məhlulun
temperaturu 38-40 dərəcə olmalıdır. Gün ərzində 2-3-4 dəfə yaxalama. Günlərin
sayı: 10-12-14
Komment