Adenotomiya

Adenotomiya – adenoidlərin cərahhi yolla müalicəsi
Bu günkü gen
adeonidlərin yalnız bir
effektiv müalicə yolu
movcuddur - adenotomiya (adenoidlərin götürülməsi). Bu əməliyyatın müxtəlif metodları mövcuddur. Ağrı kəsicilərdən
aslı olaraq adenotomiya yerli anesteziya və
anesteziya ilə fərqlənir.
Hələ
bu yaxınlara kimi çox effektiv
agrıkəsici üsulları yox di, bütün xəstələrə
adenotomiyanı anesteziya olmadan edirdilər.
Buna görə bir qayda olaraq valideynlər
özləri
və ya qohumlarında adenoidləri
anesteziya olmadan götürülməyinə əsaslanaraq
bu məsələ ilə əlaqədar
narahat olurlar. Belə əməliyyatlar hansı anesteziya
ilə aparılmalıdır?
İndiki zamanda iki növ
anesteziya mövcuddur.
Bu günə
kimi ədəbiyyatlarda yerli anesteziya və
ümumi
anesteziyanın üstünülkləri və
mənfi cəhətləri
müzakirə olunur.
Yerli anesteziya selikli qişaya ağrıkəsici vasitələrin
sürtülməsi və ya spreylə
səpilməsi ilə
həyata keçirilir. Onun düzgün yerinə
yetirilməsi zamanı bu metod
olduqca effektivdir, lakin , əməliyyat zamanı uşaq özündə
olur və hər şeyi görür. Hətta uşaq ağrını hiss etmirsə
belə , qan görən
zaman qorxur və ağlayır. Bəzi uşaqların bu
psixologiyasına təsir edir və
əməliyyatdan sora onu həkimə
boğazını göstərməyə məcbur etmək
mümkün olmur. Buna görə
yerli anesteziyanı sakitləşdirici pereparatların əzələ
daxili qəbulu ilə tamamlamaq
məqsədəuyğundur.
Bu üsul uzun illər istifadə olunur və olduqca təsirlidir. Əsas odur ki, uşaq özündə olur , lakin “sakitləşdirilib”, bu da psixi travmanı yüngülləşdirir.
Rusiya həkimlərinin böyük əksəriyyətinin təşkil etdiyi yerli anesteziya tərəfdarları nöqteyi nəzərindən bu metodun üstünlüklərini:
1) əməliyyatın tez keçməsi;
2) işçi heyyət və
avadanlıqların minimal sayı və
çox məhdud
xərcləri hesab
edirlər.
Bu
metodun üstünlüklərini vurğulayan dəlillər
kimi onlar ümumi anesteziyada mümkün daxili
qanaxma və anesteziya sonrası baş verə
bilən ürəkbulanma , başgicəllənmə
kimi fəsadları hesab edirlər.
Eyni zamanda bir çox müəlliflərin
məlumatına görə (bu fikri tamamilə
bölüşürəm), əsasəndə
K.Keppe, (1996), ümumi anesteziyada qanaxma halları azdır. Düşünürəm
ki, bu şəkil
və videolar əsasında sizin üçün əməliyyat
metodunda seçim etmək asan
olacaq.
Mən
uşaq yaşlarında adenotonsillektomiyanı endotrakeal
anesteziya altında keçirmək lazım olduğunu hesab edən
müəlliflərlə
razılaşıram. Böyük əmək, zaman və
vasitələrin sərfinə
baxmayaraq anesteziyanın tədbiq edilməsi
böyük üstünlüklər verir. İlk öncə
yaranmış psixoemosinal travmanı xatırlamaq lazımdır. Uşaqla ilk tanış olan gündən
bunun üzərində çalışmaq lazımdır. Uşaq psixikasını qorumaq üçün mənim
zənnimcə, əməliyyatda
olma müddətini istisna etməklə
xəstələri valideynlərindən
ayırmaq olmaz. Bundan başqa hansı yerli
anesteziya vasitəsi istifadəsindən
asılı olmayaraq uşaqlarda əməliyyat, əsasən də
adenotomiya haqqında ağır xatirələr
qalır. Ümumi anesteziya üçün
fluorotano-azotlu endotrakeal anesteziya miorelaksant istifadəsilə
yaranmış güclü tənəffüs vasitəsi ilə
tədbiq edilir. Xəbərdarlıq məqsədi
ilə şişmə manjetli endotraxeal borulardan istifadə
olunur. Əməliyyat xəstənin
beli üzərində uzanması vəziyyətində
keçirilir. İnteqrasiya
olunmuş şpatelli ağızgenişləndiricisinin
istifadəsi sol əl ilə
hərəkət üçün geniş imkanlar yaradır.
Ümumi
anesteziya altında adenoid veqetasiyalarının götürülməsi
bir sıra üstünlüklərə malikdir. Xəstənin
narkotik yuxu vəziyyətində
olması əməliyyatı sakit mühitdə,
dəqiq və səliqəli
keçirməyə
imkan verir. Bu zaman əgər baş versə qanaxmanın qarşısını almaq üçün geniş imkanlar
yaranır. Sirr deyil ki, əməliyyatın keyfiyyətli
keçməsi uşağın özünü aparmağından asılıdır. Anesteziya şəraitində əməliyyat
daha dəqiq yerinə
yetirilə bilər, belə
ki, burun boğaz keçidinin barmaqlarla müəyinəsi ilə
yanaşı vizual yoxlaması da mümkündür. Hemostazın həyata
keçirilməsi üçün
hemostatik vasitələrlə qanqısamüddətli
(5-10 dəq.) tamponada istifadə
edilir. Uzunmüddətli tamponadanın zəruriyyəti
zamanı ənənəvi metodlarla yerinə
yetirilir. Belə ki, bu zaman xəstənin
aktiv müqavimətinə
baxmayaraq uyğun ölçülü tampon seçmək
və onu burun boğaz keçidinə
yerləşdirmək
asandır. Bu cür prosedur yerli anesteziya altında yerinə
yetirilərsə, uşağa mütləq psixoemosional travma dəyəcək.
Mənim
fikrimcə endotraxeal anesteziya şəraitində
adenotomiyanın üstün cəhəti
adenoid toxumalarının rezeksiyalı hissələrinin
asperasiyasının mümkünsüzlüyü hesab olunur. Traxeyanın və
ya bronxların obstruksiyası zamanı xəstəyə
dərhal xüsusi alətlərin
tədbiqi ilə
bronxoskopiya tələb olunur. Yerli anesteziya ilə
xüsusi adenotomların istifadəsi
zamanı da təhlükə
var. Bu səbəblərə görə ümumi anesteziyanın digər
kütləvi və venadaxili
anesteziya kimi üsullarının istifadəsi
ilə risk etmək
olmaz. Endotraxeal anesteziya zamanı bu cür ağırlaşmalardan hətta
təcrübəsiz cərrah da
qorxmaya bilər. Usaqlarda ümumi
anesteziyanın tədbiqi həm
də uşağın psixologiyasına ehtiyatlı münasibət
nöqteyi nəzərindən
istisna deyil,bir qayda olmalıdır. Beləliklə
, uşaqlarında adenoma olan valideynlərə
əməliyyata ümumi
anesteziya ilə razı olmağı tövsiyyə edirəm. Rusiya
xəstəxanalarının böyük əksəriyyəti hazırda bu təcrübəni
qəbul edib.
Nəhayət
ən vacib sual. Adenotomiyanı anesteziya
olmadan keçirmək olarmı? Bəli,
olar. Bunun fizioloji izahı var. Adenoid toxumasının strukturu
belədir ki, orada ağrı sinir lifləri
yoxdur. Adi vaxtı insan boğaz boşluğundakı badamcıqlara iynə
vurduqda ağrı hiss etməyəcək.
Bunun üçün təcrübə
keçirməyi tövsiyyə
etmirik. Həm də, uşağa bunu izah
etmək mümkün deyil, və
şərait varsa anesteziya mütləq
edilməlidir.
Qərb
LOR-cərahiyyəsinə
gəldikdə isə
orada adenotomiya ümumi anesteziya altında keçiririlir.
Ümid edirəm
ki, anesteziya ilə bağlı seçim bir qədər
aydın oldu.
İstifadə edilən
alətlərdən asılı olaraq adenotomiya klassik, soyuqplazmalı, endoskopik
olur. Metodundan asılı olmayaqraq əməliyyatın məqsədi
burun boğaz keçidindən adenoid
toxumasının kəsilib götürülməsidir.
Hər üsulun yalnız mütəxəsislərin
deyil, düzgün seçim üçün valideynlərin
də bilməli olduqları öz xüsusiyyətləri
var.
Indi
adenotomiyanın metodlarına ayrılıqda tədqiq
edək. Aşağıda deyilənlər
ümumi
anesteziya ilə aparılan əməliyyata
aid olacaq.
Klassik
götürülmə zamanı həkim sakit və
tələsmədən adenoid toxumasını adenotom və
qırtlaq güzgüsü ilə yoxlayaraq götürmə
imkanı var.
Yumşaq əti
xüsusi alətlə
qaldıraraq o burun boğaz keçidində
adenoidin olub olmamasını diqqətlə
araşdırır, araşdırma barmaq müayinəsi
ilə tamamlanır. Əməliyyat
2-5 dəqiqə ərzində
burun boğaz keçidində toxumalara
turundu basaraq asan dayandırıla bilən qanaxma ilə
müşayət olunur, nadir hallarda qanaxmanı saxlamaq üçün əlavə
metodlardan istifadə edilir ( radiodalğalı və
ya lazerlə yandırılma, xüsusi qanaxmanın qarşısını alan tozşəkilli dərmanların səpilməsi
ilə).
Radiodalğalı adenotomlar
var ki, adenoid vegetasiyalarını kəsir və yaralanmış
toxumaları laxtalandırır.
Soyuqplazma
metodunda soyuq plazma (koblator) prinsipi istifadə
edilir. Bu otorinolaringologiyada ən müasir üslubdur. Bu əməliyyatın xüsusiliyi qan çıxmadan,
adenoid toxumasının tam kəsilməsidir.
Bu
metodlara əhəmiyyətli əlavələrdən biri əməliyyat zamanı xüsusi optik sistem vasitəsi
ilə endoskopik nəzarət
olmalıdır. Yalnız bu zaman adenoid toxumasının tam kəsilməsinə əmin olmaq olar.
Digər
valideynlərin demək olar hamısının verdiyi aktual suallardan
biri əməliyyatdan sonra adenoidlərin
əmələ gəlmə ehtimalı ilə bağlıdır. Təəssüf ki, relapslar (adenoidlərin
təkrar əmələ gəlməsi) tez -tez rast gəlinir. Bu
aşağıda sadalanan səbəblərədn
asılıdır.
Ən əsası – aparılan əməliyyatın keyfiyyətidir. Əgər cərrah adenoid toxumasını tam götürmürsə, adenoidin təkrar böyüməsi mü