Xoanal atreziaya

Xoanal atreziya burun arxa divarının anadangəlmə daralmasıdır, bu zaman burundan gənziyə keçid mövcud olmur.
Birtərəfli atreziya və tamamilə yoxluğu zamanı iki
tərəfli atreziya burun tənəffüsündə
çətinliklər yaradır. Bu nadir xəstəliklərdəndir.
Mövcud
patalogiya 7000 diri doğulmuş körpələrdən 1də rast gəlinə bilər. Əsasən qız
uşaqlarında müşahidə olunur. Burun dəliklərinin hər iki arxa keçidinin daralması müşahidə olunanda ikitərəfli, bir burun keçidinin darlığı
müşahidə edildikdə birtərəfli Xoanal atreziya ola bilər. Burun dəliklərini
bağlayan toxuma 30% hallarda sümüklü, 70% hallarda qarışıq ( sümük və membran)
ola bilər.
Ikitərəfli xoanal atreziya yenidoğulmuş körpə üçün təhlükə yaradır, əlamətləri isə doğuşdan dərhal sonra yaranır.
Bu cür patalogiyalı uşaqlar burunla nəfəs ala bilmirlər, bu yaşda uşaqların ağızla nəfəs ala bilmədiklərini nəzərə alsaq ,bunun ciddi pataloji xəstəlik oduğu aydın olur. Müvafiq yardımın göstərilməməsi zamanı bu cür usaqlar sadəcə ölə bilərlər.
Birtərəfli xoanal atreziya atreziyanın nəticələri çox da cidii olmayan daha geniş yayılmış növüdür.
Bu növ
atreziyanın mövcudluğu adətən dərhal təzahür etmir.
Xoanal atreziyanın inkişafının səbəbləri nədir?
Xoanal atreziya burun və gənziyin bətn daxili inkişaf zamanı pozğunluğunun nəticəsində yaranan inkişaf anomaliyasıdır. Lakin bu cür inkişafın səbəbləri mövcud deyil.
Xoanal atreziyanın əlamətləri hansılardır?
Xoanal
atreziya əlamətlərinə daxildir:
·
Birtərəfli
prosses zamanı mürəkkəb burun tənəffüsü
və ikitərəfli prosses zamanı burun tənəffüsünün olmaması
·
Səsli
tənəffüs
·
Yenidoğulmuş
körpənin ikitərəfli atreziya zamanı qidalandırılmasının mümkünsüzlüyü, bir
tərəfli atreziya zamanı çətinliyi
·
Burun
axıntıları
Növbəti
müayinə endoskopiya və kompyüter tomoqrafiyası
(KT) və ya maqnitli rezonans tomoqrafiya (MRT) aparılır.
Müayinə
xoanal atreziyanı göstərir. İkitərəfli
xoanal atreziya zamanı xəstələr doğuşdan dərhal sonra nəfəs ala bilmirlər.
Bundan başqa, bu cür uşaqlar normal vəziyyətdə nəfəs ala bilmirlər çünki, ağız
boşluğu ilə tənəfüss refleksi onlarda hələ formalaşmayıb. Bu cür uşaqlar yalnız
ağlayarkən havanı alıb verə bilərlər. Buna görə ikitərəfli atreziya zamanı bu
cür uşaqlara doğuşdan dərhal sonra intubasiya tələb olunur.
Birtərəfli
xoanal atreziya zamanı xəstələr yenidoğulmuş dövründə bu xəstəliyin hər hansı
bir əlamətini biruzə vermirlər. Əlamətlər sonra körpəlik dövründə, nəzərə
çarpan ümumi burun tutulması, bir tərəflə tənəffüsün mümkünsüzlüyü, bir burun
boşluğundan selik və ya çirk axması, ağız boşluğu ilə tənəffüs əlamətlərinin
yaranması ilə təzahür edir.
Xoanal atreziyanı necə müalicə etmək olar?
Müalicə
anomaliyanın ağırlığından (birtərəfli və ya ikitərəfli prosses) və
pataloqiyanın uşağın tənəffüsünə nə dərəcədə təsir göstərməsindən eləcə də,
uşaqda digər uyğun xəstəliklərin mövcud
olmasından asılıdır.
Birtərəfli xoanal atreziyanın müalicəsi
Birtərəfli xonal atreziya zamanı yeni doğulmuş
dövründə tənəffüs üçün oksigen verilməsi və burun boşluğunun atreziya olan
tərəfinin xüsusi aspirator vasitəsilə sovrulması ilə məhdudlaşır. Cərrahi
müalicəsi yalnız 2,5 yaşdan sonra aparılır.
İkitərəfli
xoanal atreziyanın müalicəsi.
Müalicəsi cərrahi yolladır
və nə qədər tez əməliyyat keçirilsə o qədər yaxşıdır. Əvvəlcə uşağın vəziyyəti
dəyərləndirilir, uyğun patalogiya mövcud olduğu halda əməliyyat haqqında qərar
qəbul edilir. Cərrahi müdaxilənin əsas məqsədi – uşağın inkişafına kömək etmək
üçün tənəffüs yollarının açılmasına nail olmaqdır. Əməliyyat ümumi anesteziya
ilə aparılır.
Xoanal atreziyanın cərrahi
müalicəsində iki əsas yanaşma mövcuddur.
Transnazal endoskopik üsul
Transnazal endoskopik üsül xoanal atreziyanın hzırda ən geniş yayılmış cərrahi müalicə metodudur. İstənilən yaşda xəstələrə uyğundur. Endoskopik yanaşma hətta yeni doğulmuş uşaqlarda burun dəliyinin genişləndirilməsi əməliyyatını təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Arxa burun keçidləri müxtəlif alətlərin kombinasiyası, rmüxtəlif genişləndirici alətlər,elektrik və ya radiokoaqulyator, xüsusi bor maşınları ilə açılır, sonra genişləndirilmiş dəliyə endotraxeal boru və ya ucunda şişirtmə manjeti olan xüsusi borularla stent quraşdırılır. Stent yalnız əməliyyat zonası tam sağaldıqdan sonra çıxardılır ki,adətən buna bir neçə həftə (3-4 həftə) tələb olunur.
Tranpalinal üsul
Bu üsulun
mahiyyəti odur ki, əməliyyat damaq
vasitəsi ilə həyata keçirilir. Hazır ki, üsul atreziyanın digər üz skletinin
anadangəlmə anomaliyası ilə əlaqəsində istifadə edilir.
Əməliyyatla
bağlı suallarınızı müəlliflə bu nömrə ilə
+99450-429-48-58 əlaqə saxlayaraq müraciət edə bilərsiniz.
Komment