8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Müasir eşitmə aparatının imkanları

Müasir eşitmə aparatının imkanları
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Qulaq
Dərc olunub:  2022 - 09 - Noy

DST-nın (Dünya Səhiyyə Təşkilatının ) məlumatına görə  dünyada əhalinin 10%-i eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. 65-yaşdan 74 yaşa kimi insanlarda eşitmən qabiliyyətinin zəifliyinin yayılması 20% təşkil edir və 75 –dən yuxarı olan insanlarda 35% artır. Tədqiqatlar göstərir ki, təxminən 65% insanlarda I-II dərəcəli, 30% -II dərəcəli, 5% -IV  dərəcəli karlıq mövcuddur.

 

 "İnsanın görmə qabiliyyətinin olmaması onu əşyalardan ayırır.  İnsanın eşitmə qabilliyətinin olmaması onu insanlıardan ayrırır." Emmanuil Kant.

 

Bundan başqa son illərin statistikası göstərir ki, eşitmə qabiliyyətinin zəifləməsi ilə daha gənc və orta yaşlı insanlar əziyyət çəkməyə başlayıb ki, bunu da ekoloji mühitin ağırlaşması, bu günkü gün mövcud olan çox saylı ototoksik dərmənların  təsiri ilə, stressli vəziyyətlərin müntəzəmliyi, müasir cəmiyyətin ayrılmaz atributu olan kompyüterlərin geniş yayılması, sənaye və kənd təsərüfatının inkişafı ilə əlaqədar müxtəlif səs və vibrasiyaların artan təsiri ilə izah etmək olar. Yalnız zəif eşitmə qabiliyyətli insanların üçdə biri pensioner yaşına çatır. Böyük hissəsi – məktəbli və əməkqabiliyyətli yaşdadır.

Hər gün təxminən 150000 yenidoğulmuşlara anadangəlmə eşitmə itgisi diaqnozu qoyulur.

Əgər ümumdünya statistikasına nəzər salsaq, dünyada 800 milliondan çox insan eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Güman ki, 2020-ci illər bu rəqəm 1,4 mlrd.  Çatacaq, bu da yer kürəsi əhalisinin  20% -ni təşkil edir.

Bunu da qeyd etmək vacibdir ki, eşitmə cihazının lazım olduğu on insandan yalnız ikisi həqiqətən ondan istifadə edir. 

Orta hesabla,eşitmə qabilliyəti pozulmuş insanlar eşitmə cihazının vacibliyini anlayınca və öz problemlərinin həlli üçün hər hansı addımın atılması üçün   on il gözləyirlər.

İlk öncə eşitmə sensor sisteminə qısa nəzər salaq. 

Bu sistemə daxildir: reseptor ( ilbizin korti orqanı ), eşitmə sisniri (VIII cüt kəllə siniri), uzunsov beyin nüvəsi, beyincik, dördtəpəcik cisminin aşağı təpəsi, medial dizcik cism, eşitmə parlaqlığı,  eşitmə korteksi (41-ci sahə).

Sisteminin xüsusiliyi – strukturun cütlüyü və ierarxiyası.

Eşitmə sistemi bir neçə funksiyalarla xarakterizə olunur

- səs qıcıqlanmalarını qəbul edir və fərqləndirir (səsin tezlik xarakterini, səsin intensivliyi və ya yüksəkliyini, səsin müddətini, səs tembrini);

- səs mənbəyinin istiqamətini və məsafəsini təyin edir

- fəzada səs oriyentasiyasını  təyin edir;

-  eşitmə sistemi sayəsində səsin səviyyəsinə uyğunluq təmin olunur;

- nitqin qavranılmasını təmin edir (koxlear mərkəzlər sayəsində);

Eşitmə qabiliyyətinin itirilməsi növləri 

1 - Keçirici eşitmə itgisi -  səsin eşidilməsində maneələrin olması ilə şərtlənir.

Bu nə zaman  yaranır :

- xarici qulaq səviyyəsində (qulaq tıxacı, xarici qulağın inkişaf qüsurları, xarici eşitmə kanalının osteoması,xarici eşitmə kanalında yad cismin olması);

- orta qulaq səviyyəsində ( qulaq pərdəsinin perforasiyası, xroniki orta otit, otoskleroz, eşitmə sümüklərinin cırılması, eşitmə borusunun patalogiyası, mastoisit);

- qulaq inkişafında yaranan anomaliya (qüsurlar) nəticəsində ;

Keçirici eşitmə itgisi adətən cərahhi yolla müalicə olunur. Xəstənin razılaşmadığı halda və ya əməliyyata əks göstərişi olduğu halda sadə eşitmə cihazının təyin edilməsi vacibdir – o sadəcə səsi gücləndirməlidir.

2 - Sensonevral eşitmə itgisi – mexaniki titrəmələrin elektrik impulslarına çevrilməsinin pozulması ilə əlaqədardır. Bu tip eşitmə itgisi səs qəbulunun azalması və onun təhrifi, daha doğrusu, səs fonunda  nitqin anlaşılmazlığı ilə xarakterizə olunur.

Bu cür eşitmə itgisinin səbəbləri bunlardır:

- eşitmə sinirinin nevriti ( epidemik parotit, qrip ,KTVİ(kəskin tənəffüs virus infeksiyası) və s.);

- daxili qulaq mayesinin təzyiqinin artması (menyer xəstəliyi);

- yaşla bağlı eşitmənin azalması (presbiakuzis)

- eşitmə sinirinin patalogiyası ( koxlear sinir nevromu)

Sensonevral eşitmə itgisi nə müalicəvi (kəskin sensonevral eşitmə itgisi istisna olmaqla), nə də cərahhi üsulla müalicə edilmir. Bu cür eşitmə itgisi olan xəstəyə yalnız eşitmə cihazı kömək edə bilər.

 

3 - Qarışıq eşıtmə itgisi – yuxarıda qeyd olunan pozğunluqların birləşməsidir.  Bu növ pozulmanın əsas səbəbləri :

- qulağın xroniki iltihabı zamanı koxlear infeksiyası;

- otosklerozun müəyyən növ və dərəcəsi;

- səsötürmə struktrunun və eşitmə analizatorunun səs qəbuledici hissəsinin bir- biri ilə əlaqəsi olmayan patalogiyalarının birləşməsi.

Geniş rast gəlinən eşitmə itgisi – sensoneyraldır (neyrosensor) ki, o eşitmə itgisi hallarının təxminən  70-80% -ni təşkil edir. Digər formalar təxminən 20-30%-ni tutur.

Zəif eşidən insanların böyük əksəriyyətinin (90%)  həyatını yalnız uyğun eşitmə cihazının köməyi ilə yaxşılaşdırmaq olar.

Səsintənzimlənməsi – insanın eşitmə qabilliyətini bu və ya digər yolla düzəldən tədbirdir.

Hazırda səstənzimlənməsini  uç üsulu qeyd olunur.

1 - Orta və xarixi qulaqda  rekonstruktiv cərrahiyə ( otoskleroz zamanı, xroniki otit, anadangəlmə inkişaf qüsurur və s.);

2 - Koxlear implantasiya- tibb texnalogiyası və otocərrahiyənin son nailiyyətlərini özündə birləşdirən eşitmənin bərpa edilməsinin effektiv metodudur.hər gün minlərlə minlərlə anadangəlmə və ya sonradan yaranan eşitmə itgisi olan uşaqlar koxlear implantasiya sayəsində dolğun yaşamaq imkanı əldə edirlər.

3 - Səstənzimlənməsinin – səs gücləndirən vasitələrdən səs məlumatlarının verilməsi hesabına  tənzimlənməsi.

 

 Bu gün sonuncu səstənzimlənməsi (səsprotezləmə) metodu üzərində dayanacayıq – eşitmə cihazları ilə tənzimləmə (protezləmə) və onların imkanları.

Eşitmə cihazlarının vasitəsi ilə səstənzimləmənin inkişaf tarixi  XIX əsrin sonlarında, daha dəqiq isə, iki dahi alimin: Aleksandr Qrexem Bella və Tomas Edisonun  kəşfi ilə başlayır. Aleksandr Qrexem Bella sonralar eşitmə cihazlarını hazırlayanlar tərəfindən konsepsiyası qəbul edilmiş, kömür mikrafonu və batareyadan  istifadə edərək  elektronika hesabına telefonunda səsləri gücləndirir. 1886-cı ildə Tomas Edison səsi elektrik siqnallara çevirən, bu da öz növbəsində naqil vasitəsi ilə ötürülə bilən və sonra səsə çevrilə bilən kömür mikrafon icad edir. Bu texnologiya ilk eşitmə cihazlarında istifadə edilmişdir.

Ilk eşitmə cihazları səs siqnallarını toplayan  bir tərəfi açıq buynuz formasında iri boru kimi görünürdülər. Enli boru səsi qulağa ötürən  tədricən incə dəstəyə çevrilirdi.

Eşitmə cihazlarının inkişafındakı növbəti mərhələ tezliklə eşitmə cihazlarının daxilinə yerləşdirilən elektrik lampalarının yaranması oldu. 1920-ci ildə səs siqnalının keyfiyyəti və gücləndiricisi yüksək olan ilk eşitmə cihazı meydana gəldi.  Elektrik impulsların daha dəqiq ötürülməsinə elektrik lampaları kömək edirdi. Eşitmə cihazlarının ölçüləri nəhəng olmasına səbəb o dövrün  batareyalarının ölçüləri idi.

Lakin sonra 1952-ci ildə korpusun ölçülərini kiçiltməyə imkan verən tranzistorlar meydana gəldi. Bu eşitmə cihazları eynəklərə bərkidilirdi ki, bu da narahatçılıq yaradırdı. Məlum oldu ki, cihazları qulağın arxasına bərkitmək daha rahat idi və yalnız XX əsrin sonlarında onlar bu variantda çatdılar.

Ilk rəqəmsal eşitmə cihazları 1990-ci ildə hazırlanmışdır ki, buna da rəqəmsal texnalogiyanın inkişafı təsir etmişdir. Onlar öz sələflərindən ətraf mühitə çox uyğunlaşması, səsin yüksək keyfiyətlə ötürülməsi ilə fərqlənərək  tibb texnalogiyalarının inkişafında yeni mərhələ açdılar.

Rəqəmsal və kompyuter texnalogiyaları eşitmə cihazlarına kiçik ölçülü mikrosxemlər təqdim etməklə və eşitmə cihazlarını miniatürləşdirməklə onların eşitmə kanalında rahat yerləşməsi və görünməz olmasına imkan yaradaraq təkmilləşməkdə  davam edir.

Müasir eşitmə cihazları bizi yalnız öz kiçik ölçüləri ilə deyil, həm də fantastik imkanları ilə valeh edir.

 Eşitmə pozğunluğunun kompensasiyasının daha əlverişli və effektiv metodlarından biri  eşitmə cihazları vasitəsi ilə səstənzimlənməsi bir çox xəstələrin normal iş həyatına qayıtmasına imkan verərək sosial əhəmiyyət kəsb edir .

Müasir eşitmə reabilitasiyasının təəcübləndirici imkanlarına baxmayaraq bizim ölkədə eşitmə qabiliyyətini itirmiş insanların yalnız az hissəsi uyğun eşitmə cihazı ilə bağlı kömək ala biliblər.

Bunun bir neçə səbəbi var:

- eşitmə orqanı xəstəliyinin müayinə, müalicə və profilaktikasının vahid dövlət  sisteminin olmaması,

- əhalinin eşitmənin itirilməsinin, əsasən də uşaqlarda  sosial nəticələri  və müasir səstənzimlənməsi imkanları haqqında həddindən az məlumatlandırılması;

Təcrübənin göstərdiyi ki, eşitmənin zəifləməsi ilə ilk qarşılaşan insanlar eşitmə cihazının seçimi ilə əlaqədar mütəxəssisə gec müraciət edirlər. Onlar dəhşətli narahatçılığa dözür, onlara müraciət olunan nitqin tam anlaşılmazlığını ətrafdakılardan gizlədirlər, lakin görünməz psixoloji baryer onları bu problemdən xilas edə bilən cihazı istifadə etməyə maneə yaradır. Bu da eşitmə cihazının qulağın üzərində eybəcər “böyümə” kimi təsəvvür yatması, eləcə də itirilmiş eşitmə qabilliyətini tam kompensasiya etmədiyi haqqında fikirlərlə bağlıdır.

Eşitmə qabiliyyətindən əziyyət çəkən istənilən insanın bu cür təsəvvürlərin bu günkü gün aktual olmadığını bilməsi vacibdir: elmi və texnoloji tərəqqi sayəsində müasir eşitmə cihazların rasional formalı və ət rənglindədir, yeni kanaldaxili cihazlar isə kənardan görünməzdirlər. Ən əsası ultra eşitmə cihazının fərqləndirici xüsusiyyəti – onların “intelektuallığıdır”. Bu  güclü və kiçik kompyuterlər  müxtəlif səs mənbələrinə (mobil telefon, həmsöhbətin nitqi, musiqi, televizor səsi)  uyğunlaşmağı bacarır;

- tibb işçilərinin böyük qisminin  müasir eşimə cihazlarının səviyyəsinə qətiyyən uyğunsuzluğu – hələ də bəzi həkimlər (hətta otorinolarinqologiya)  xəstələrlə söhbət zamanı eşitmə cihazlarının eşitməni korladığını iddia edirlər 

Eşitmə cihazları vasitəsilə müasir səsmətənzimlənməsi  eşitmə zəifliyi olan insanların 90%-nin həyatını əhəmiyyətli dərəcədə  yaxşılaşdırmağa imkan verir.

 Müasir eşitmə cihazları aşağdakıları bacarır :

- səs gücünün  qavrayışının pozulmasını kompensasiya etmək;

- səs tezliyinin qavrayışının pozulmasını kompensasiya etmək;

- müxtəlif mühitlərdə (səssizlikdə, səsli mühitdə, küçədə, auditoriyada, sinifdə) yüksək nitq aydınlığını təmin edir , yəni nitqi səs-küydən fərqləndirmək, əsasən mürəkkəb səsli vəziyyətlərdə (çox insan olan ofisdə, univermaqda, musiqi fonunda və s.) onu ayırmaq və güncləndirmək;

- səslərin təbii qavranılmasını təmin etmək ( nitqi, şəxsi səsini, müsiqini, ətraf mühitin səslərini);

- eşitmə qabiliyyətinin itirilmə dərəcəsindən və səs gücünün güclü artma fenomenindən asılı olmayaraq hər bir vəziyyət üçün səs gücünün    səviyyəsini rahat avtomatik dəstəkləmək ;

- müxtəlif akustik vəziyyətlərə avtomatik uyğunlaşma(səs-küylü mühit, bir neçə insanın əhatəsində nitq, zallarda musiqi və s);

- ən müxtəlif səsləri eşitmək- hətta uzun müddərt eşitmədiyindən bəlkə də unuttduğu –ayaqlar altında payız yarpaqlarının xışıltısı, yağışın şırıltısı və s.;

- cihazda fitin, yəni əks akustik əlaqəsinin  olmamasını təmin etmək,;

- uzun müddət ərzində etibarlı işləmək və minimum enerji istifadə etmək;

- vağzallarda, hava limanlarında və digər ictimai məkanlarda induksiya düyünləri sayəsində zəif eşidən insanların normal ünsiyyətini təmin edir;

-  radio və mobil telefonlardan,kompyuterlər və digər müasir texnalogiyalardan  rahat istifadə;

 

!Eşitmə cihazı – bu yalnız səsin qəbul edilməsinə köməkçi deyil, həm də, mərkəzi nitq mərkəzlərinin nitq aydınlığına “simulyator”dur.

! Eşitmə cihazları həyatın sevincini qaytarır.

 

Eşitmə zəifliyi ilə əziyyət çəkən və eşitmə cihazı istifadə etmətən xəstələrin böyük əksəriyyəti özlərini tənha hiss etdiklərini və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə endiyini  təsdiq edirlər.

Düzgün quraşdırılmış eşitmə cihazları  həyatın keyfiyyətinə müsbət təsir göstərir. Eşitmə cihazının gündəlik istifadəsi həyatın sevincini geri gətirə bilər.

Eşitmə cihazlarının növləri:

1. Qulaqarxası eşitmə cihazları – qulaq arxasına yerləşdirilir və havadaxiledən boru istifadəçinin qulaq kanalında birbaşa yerləşən  daxili keçidlə birləşir. Miniatür ölçülü, müxtəlif rəngli və dizaynlı,müasir eşitmə cihazları qulağın arxasında fərqlənmir və eşitmə qabiliyyətinin itirilməsinin bütün növlərinə uyğun gəlir.

2. Qulaqdaxili və kanaldaxili eşitmə cihazları – eşitmə kanalına yerləşdirilir. Əvvəlcə qulaq kanalının təəsüratını yaradaraq onları individual hazırlayırlar.Onlar az nəzərə çarpan və rahatdırlar. Lakin onları 12 yaşa qədər uşaqlarda  və eşitmə qabiliyyətinin tam itirilməsi zamanı istifadə etmək olmaz.

3. Cib eşitmə cihazları – xəstənin qulağına yerləşdirilmir ( cibdə, qayışda və s.yerləşdirilir). Eşitmə cihazı birbaşa qulaq kanalında yerləşən, telefonla və qulaqa daxil edilən cismlə  əlaqəli olan düzbucaqlı korpusdan ibarətdir. Bu cür eşitmə cihazları nadir hallarda - əsasən hərəkət koordinasiyası pozğunluğundan və ya artrirdən əziyyət çəkən insanlarda eşitmə itgisinin kompensasiyası üçün istifadə edilir

4.Eynəkli eşitmə cihazları xüsusi ilə eynək gəzdirən insanlar üçün hazırlanmışdır. Bu cür cihazın elektron sxemi eynəyin qulaqlıqğında quraşdırılır, bəzi modellərdə isə qulaqlıq istifadəçinin görmə qabiliyyətinə müsbət təsir göstərən minivibrator funksiyasını da yerinə yetirir.

5. Saç üçün sancaq formasında olan sümük eşitmə cihazları da var. Lakin onlar geniş istifadə imkanı qazanmadılar.

 

Səs siqnalının emal olunması üsullarına görə fərqlənirlər:

1. Analoji eşitmə cihazları – siqnalın güclənməsi və asan  emalını təmin edir və az sayda funksiyalar toplusuna malikdir. Analoji cihazlar rəqəmsal cihazlar kimi incə tənzimlənmənin geniş imkanlarına malik deyil, lakin digər tərəfdən bu cihazın istifadəsi zamanı qəbul edilən səs daha canlı və təbii, səs siqnalının kompyuterdə emalı zamanı xarakterik olan metal çalarları olmadan qalır.

2. Rəqəmsal eşitmə cihazları - səs emal edən  daha müasir texnalogiyaların istifadəsi ilə hazırlanır və istehsal olunur, eşitmə cihazının yüksək keyfiyyətini təmin edir, və eyni zamanda müxtəlif həyati vəziyyətlər üçün çox sayda funksiyalara malikdir. Səs titrəyişləri bu cür eşitmə cihazından keçərək rəqəmsal formata çevrilir və səsləndirmənin keyfiyyətini maksimum yaxşılaşdırmaq üçün bu cür emal edilir.

Rəqəmsal cihazların çox üstünlükləri var:

- bu cür cihazlar müxtəlif tezlikli və müxtəlif dərəcəli yüksəkliyi olan səsləri gücləndirərək   istifadəçinin yerləşdiyi akustik mühitə uyğun olaraq sərbət tənzimlənir;

- onlar xəstə üçün “yumşaq” rahat səsləndirməni, daha yaxşı (optimal) nitq qavrayışını təmin edir;

- bu cihazlar istənilən eşitmə zədələrini istisna edir;

- nitq qavrayışının yaxşılaşması imkanı maksimal artır;

- audiometrik göstəricilərə əsaslanan avtomatik hesablama və eşitmə cihazının altı və daha çox parametrlərinə kompyuter uyğunluğu cihazı individual eşitmə qabiliyyətinin itirilməsinə uyğun  dəqiq tənzimləməyə imkan verir. Müxtəlif akustik parametrlər (hava çıxışı, akustik filtr, buynuz effekti)  daxil olmaqla verilmiş tənzimləmə avtomatik hesablana bilər;

- bu cür cihazların bir neçə parametrləri eyni zamnda dəyişilə və müqayisə oluna bilər;

- bu cür cihazların böyük əksəriyyəti müxtəlif səsli vəziyyətlər (səs-küylü mühit, sakit mühit, musiqi) üçün nəzərdə tutulmuş  bir neçə dinləmə proqramına malikdir;  

- müasir rəqəmsal eşitmə cihazları istənilən eşitmə itgisini kompensasiya edə biləcək qədər texnolojidir. Bununla belə cihazdakı səslənmə təbii səslərə maksimal dərəcədə yaxındır.;

- onları bir neçə dəfə proqramlaşdırmaq mümkündür, hər parametr dəyişikliyini dərhal eşitmək olar və eşitmə dəyişikliyi zamanı xəstənin yeni cihaz əldə etmək ehtiyacı olmur;

-  onların bəzilərində funksiyaların məsafədən idarə edilməsi imkanları var;

- binaural tənzimləmə zamanı iki cihazı eyni zamanda tənzimləmək mümkündür;

- trimmer düymələrin olmamağı rəqəmsal cihazların mexaniki möhkəmliyini yüksəldir;

- hər xəstə haqqında məlumat , eşitmə cihazının modeli, tənzimlənmə zamanı qeyd edilmiş parametrlər  cihazın məlumatlar bazasında saxlanılır.

 

Səstənzimlənməsinə göstərişlər 

1 - 40 dB çox eşitmə itgisi. Uşaqlarda səstənzimlənməsi 40dB-dən az olduqda belə vacibdir, çünki gələcəkdə  təhrif edilmiş nitq inkişafının qarşısını ala bilər;

2 - eşitmə itgisinin I dərəcəsində (40dB-dən aşağı eşitmə itgisi olduqda) , xəstənin daha kəskin eşitməyə ehtiyacı olduqda. Lakin əslində ümumi qəbul edimiş fikirlərdən fərqli olaraq mənim bu məsələdə nəzər nöqtəm daha genişdir. Eşitmə cihazlarını eşitmə qabiliyyətinin itirilməsinin erkən mərhələlərində artıq geyinmək lazımdır, belə ki, bu yalnız müalicə metodikası deyil, beyin qabığındakı nitq mərkəzləri və qabıqaltı eşitmə mərkəzləri arasında assosiativ əlaqənin  pozulması planında profilaktik tədbirlərdir. Yəni eşitmə cihazları yaşla bağlı gələcəkdə eşitmə qabiliyyətinin azalmasını, “beyin qocalmasını” ləngidir;

3 - Xəstə ünsiyyət problemlərinin olmasını,  gündəlik səs-küydə  nitq aydınlaşmasının çətinləşdiyini qeyd edir, bir neçə həmsöhbəti ilə danışıqlarda, iclasda, maşında gərginlik yaranır,   hər dəfə televizorun və s. səsinin yüksəldilməsinə ehtiyac hiss edir.

4 – məncə ən vacib göstərici eşitmə cihazlarına motivasiyanın olmasıdır.

Bu :

- özündə eşitmə itgisinin olmasını qəbul etməkdir;

- ailənin və dostlarının dəstəyi.

Xəstələr üçün  eşitmə cihazının leyihə olan inandırıcı arqumentlər  :

- Eşitmə cihazları gündəlik həyatda iştirak etməyə imkan verir.

- Yeni texnologiyaların hesabına müasir eşitmə cihazları daşınmada rahat və miniatür ölçüdədirlər.

- Sualın təkrarlanması və anlaşılmazlıq geridə qalacaq.

- Sizin tələblərə cavab verən yaxşı tənzimlənmiş cihaz , sizi heç bir halda ruhdan salmayacaq.

- Keyfiyyətli cihazlar istənilən qiymət seqmentində mövcuddur.

​​​​​​​