1 – Həkim uşağın və valideynlərin sorğusuna ( gecələr xorultuya , ağızla tənəffüs etmə şikayətləri və s), obyektiv müayinəyə (ön rinoskopiya, arxa rinoskopiya) əsaslanaraq, bu və ya digər dərəcəsinə görə adenoidlərin dəqiq diaqnozunu qoya bilər.
2 – Obyektiv müayinə farinqoskopiya, ön rinoskopiya, arxa rinoskopiyadan ibarətdir.
- Farinqoskopiya – udlağın, ağızudlağın arxa divarının vəziyyətinin dəyərləndirilməsi, arxa divardan selikli-irinli axıntının olması, badamcıqların, ağız boşluğunun müayinəsidir. Bəzən yumşaq damağı şpatellə qaldırdıda adenoidləri görmək mümkündür (böyük artım dərəcələrində).
- Ön rinoskopiya - burun keçidlərinin burun güzgüsü ilə bu cür müayinəsi zamanı həkim burun keçidinin vəziyyətini, burun boşluğunda ayrılan şişin olmasını dəyələndirir. Burun selikli qişasının anemiyasından və ya damarları yığan damcıları damızdırandan sonra xoranı örtən adenoid vegetasiyasını görmək mümkün olur.
- Arxa rinoplastika - burunudlaq keçidinin xüsusi güzgü ilə ağızudlaq keçidi ilə müayinəsi. Güzgüdə həkim ya şırımlar, qatlar olan yarımşar formalaşma , ya da burunudlağın müxtəlif hissəsindən gələn bir-birndən ayrılan yuxarıdan sallanan məmə formalı qrupları görür. Bu kifayət qədər informativ və zərərsiz metoddur, lakin ciddi qüsurları var – bu müayinəni uşaqlarda aparmaq çox çətindir, onların böyük əksəriyyətində bu cür müayinə sadəcə mümkün deyil.
3 - Burunudlaq keçidinin baramaqla müayinəsi müəyyən təsəvvür yaratmağa imkan verir. Həkim toxunuşla burunudlaqda adenoid vegetasiyasının mövcudluğunu , onların təxmini ölçüsünü hiss edir. Lakin uşaqların mövcud prossedura neqativ münasibətini, bu müayinənin nəticələr təfsirinin təxmini xarakterini nəzərə alaraq, mən bu cür müayinə aparılmasını tövsiyyə etmərəm.
4 – Endoskopik müayinə - sərt və çevik (fibraskoplar) olan rinoskopların köməyi ilə (rentgen ilə birlikdə) adenoidlərin müayinəsinin ən informativ metodudur. Mütəxəssis vizual olaraq adenoid vegetasiyasının özünü, onların inkişaf dərəcəsini, onların iltihabının olmasını, eşitmə borularının ağzının vəziyyətini və digər məqamları görə bilir. Burunudlaq keçidinin endoskopik müayinəsinin üstünlükləri informativ, zərərsiz, müayinə nəticələrinin sənədləşdirilməsi (foto və videoçəkiliş) imkanıdır. Qüsurları – çox hallarda (yerli anesteziya ilə ) uşaqlrada prossedurun aparılmasının çətinliyi .
5 – Daha çox istifadə edilən metodu – burunudlağın rentgenoqrafiyasıdır. Rentgenoqrafiya müayinəsinin köməyi ilə adenoidlərin dərəcəsi, onların digər toxumalarla və orqanlarla (məsələn, adenotomiya zamanı vacib olan onurğa ilə) əlaqəsi müəyyən olunur.