Bizim bugünkü mühazirəmizin mövzusu – adenoidlər: uşaqlarda ən çox yayılan xəstəlik haqqındadır.
Adenoidlər - burunboğaz badamcıqlarının pataloji inkişafı ilə xarakterizə olunan yuxarı tənəffüs yollarının xəstəliyidir ki, bir neçə mərhələlərindən asılı olaraq burun nəfəs almasındakı çətinliklərindən başlayaraq eşitmə qabiliyyətinin itirilməsinə kimi özünü biruzə verə bilər. Adenoidlər müxtəlif yaş qrupundan olan, əsasən isə 4-8 yaşlı uşaqlarda olur.
Normal vəziyyətdə adenoidlər bütün uşaqlarda var və burun boğza birləşməsində kiçik ölçülü limfoid formasını təşkil edir. Bu formalaşmalar uşaq orqanizminin normal həyat fəaliyyəti üçün vacib olan imminoqlubinlər ifraz edə bilən immun toxumalarından ibarətdir. O tənəffüs yollarının başlağıcında yerləşən müdafiə qapıları kimidir, ətraf mühitin əlverişsiz təsiri ilə mübarizə apararaq onlar uşaq orqanizmini qoruyur. Lakin müxtəlif əlverişsiz, əsasən də xarici faktorların (müntəzəm infeksion xəstəliklər, bəzi”xüsusi” infeksiyalar, məsələn qızılça, qırmızı atəş, difteriya, allergenlərin daimi fəaliyyəti) fəaliyyəti nəticəsində adenoidlərin ölçüləri artır və iltihablaşır.