8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Adenoidlər - klassifikasiya, mərhələləri

Adenoidlər - klassifikasiya, mərhələləri
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2022 - 04 - Okt

Bizim bugünkü mühazirəmizin mövzusu adenoidlərin klassifikasiyası, mərhələləri

Adenoidlərin yayılmasının üç mərhələsi var:

I mərhələ - böyümüş limfoid  veqetasiyası burunun arxa divarının  yuxarı hissəsinin  1/3-ni bağlayır, bu mərhələ  kliniki olaraq növbəti formada təzahür edir – səhər uşaq rahat nəfəs ala bilir, ağız bağlı olur, yuxu zamanı isə, insan bədəni üfüqi vəziyyətdə olarkən adeonidlər böyüyür, nəfəs almaq çətinləşir, xoruldamağa başlayır.

II mərhələ - adenoidlər yayılaraq burunun arxa divarının  yuxarı hissəsinin 2/3-ni bağlayır, bu mərhələ  kliniki olaraq növbəti formada təzahür edir, uşaqlar adətən yuxuda xoruldamağa başlayırlar, bütün sutkanı ağzı açıq nəfəs almağa məcburdurlar.

III mərhələ - adenoidlər burunun arxa divarını tam bağlayır, kliniki təzahürlər II mərhələdə olduğu kimidir, lakin xorultu daimidir, uşaq bütün sutkanı ağzı ilə nəfəs alır. İkinci və üçüncü mərhələlərdə müxtəlif  fəsadlar mövcuddur: otit,  qaymorit, frontit, angina və s.