Burun boşluğunun adenoması – bu epitel toxumasından ibarət xoş xassəli şişdir. Daha çox aşağı və orta burun oyuqlarının ön uclarında, yuxarı çənə girinti-çıxıntılarında lokallaşşır. Burun boşluğuna və ətraf sahələrə yayılaraq ekspansiv böyüməyə malikdir.
Burunun medial divarının adenomaları yavaş inkişaf edir, xoş xassəlidir, lateral (yan) divarın adenomaları – tez inkişaf edir, inkişaf etdikcə sümük divarlarını dağıdır və burun ətrafı girinti-çıxıntılarda nisbətən tez cücərirlər. Çoxlu qanaxma ilə müşayət olunur və bəd xassəli şişə çevrilirlər.
Mikroskopik olaraq badə formalı hüceyrələrlə zəngin slindr və kub formalı epitellərlə sıralanmış, atipik selikli vəzlərdən ibarətdir.
Burunun medial divarının adenomaları yavaş inkişaf edir, xoş xassəlidir, lateral (yan) divarın adenomaları – tez inkişaf edir, inkişaf etdikcə sümük divarlarını dağıdır və burun ətrafı girinti-çıxıntılarda nisbətən tez cücərirlər. Çoxlu qanaxma ilə müşayət olunur və bəd xassəli şişə çevrilirlər.
Xüsusiyyətləri:
-ilkin mərhələdə şiş özünü biruzə vermir, narahatçılıq şişin böyümə ölçüsünə görə yaranır (burun tutulması, rinosinusit əlamətləri). Bu narahatçılıq boğazın təkrar iltihabı ilə əlaqədardır;
-rinoskopiya zamanı şiş geniş əsaslı bozumtul və ya qəhvəyi rəngli, qalınlaşmış selikli qişa ilə örtülü, hamar səthli, möhkəm qapalı düyün görünüşünə malikdir;
- çox inkişaf etmiş hallarında qanaxmalar mümkündür;
Müayinə:
-şikayətlər (ilkin mərhələdə şikayətlər azdır)
-obyektiv rinoskopik şəkil
- insrumental müayinənin məlumatları (endoskopiya)
-rentgen müayinəsinin məlumatları (KT, MRT)
- histoloji müayinənin məlumatları
Cərrahi müalicə:
Endoskopik cərahiyyənin alətlərinin, radiodalğalı bıçaq və endoskopiya texnikasının köməyi ilə şiş tamailə götürülməli və histoloji müayinəyə göndərilməlidir.