Bu günkü gen adeonidlərin yalnız bir effektiv müalicə yolu movcuddur- adenotomiya (adenoidlərin götürülməsi).Bu əməliyyatın müxtəlif metodları mövcuddur. Ağrı kəsicilərdən aslı olaraq adenotomiya yerli anesteziya və anesteziya ilə fərqlənir.
Hələ bu yaxınlara kimi çox effektiv agrıkəsici üsulları yox di, bütün xəstələrə adenotomiyanı anesteziya olmadan edirdilər. Buna görə bir qayda olaraq valideynlər özləri və ya qohumlarında adenoidləri anesteziya olmadan götürülməyinə əsaslanaraq bu məsələ ilə əlaqədar narahat olurlar . Belə əməliyyatlar hansı anesteziya ilə aparılmalıdır?
İndiki zamanda iki növ anesteziya mövcuddur.
Bu günə kimi ədəbiyyatlarda yerli anesteziya və ümumi anesteziyanın üstünülkləri və mənfi cəhətləri müzakirə olunur. Yerli anesteziya selikli qişaya ağrıkəsici vasitələrin sürtülməsi və ya spreylə səpilməsi ilə həyata keçirilir. Onun düzgün yerinə yetirilməsi zamanı bu metod olduqca effektivdir, lakin , əməliyyat zamanı uşaq özündə olur və hər şeyi görür. Hətta uşaq ağrını hiss etmirsə belə , qan görən zaman qorxur və ağlayır. Bəzi uşaqların bu psixologiyasına təsir edir və əməliyyatdan sora onu həkimə boğazını göstərməyə məcbur etmək mümkün olmur. Buna görə yerli anesteziyanı sakitləşdirici pereparatların əzələ daxili qəbulu ilə tamamlamaq məqsədəuyğundur.
Bu üsul uzun illər istifadə olunur və olduqca təsirlidir. Əsas odur ki, uşaq özündə olur , lakin “sakitləşdirilib”, bu da psixi travmanı yüngülləşdirir.
Rusiya həkimlərinin böyük əksəriyyətinin təşkil etdiyi yerli anesteziya tərəfdarları bu metodun üstünlüklərini :
1) əməliyyatın tez keçməsi;
2) işçi heyyət və avadanlıqların minimal sayı və çox məhdud xərcləri hesab edirlər.
Bu metodun üstünlüklərini vurğulayan dəlillər kimi onlar ümumi anesteziyada mümkün daxili qanaxma və anesteziya sonrası baş verə bilən ürəkbulanma , başgicəllənmə kimi fəsadları hesab edirlər. Eyni zamanda bir çox müəlliflərin məlumatına görə (bu fikri tamamilə bölüşürəm), əsasəndə K.Keppe, (1996), ümumi anesteziyada qanaxma halları azdır. Düşünürəm ki, bu şəkil və videolar əsasında sizin üçün əməliyyat metodunda seçim etmək asan olacaq.
Mən uşaq yaşlarında adenotonsillektomiyanı endotrakeal anesteziya altında keçirmək lazım olduğunu hesab edən müəlliflərlə razılaşıram. Böyük əmək, zaman və vasitələrin sərfinə baxmayaraq anesteziyanın tədbiq edilməsi böyük üstünlüklər verir. İlk öncə yaranmış psixoemosinal travmanı xatırlamaq lazımdır. Uşaqla ilk tanış olan gündən bunun üzərində çalışmaq lazımdır. Uşaq psixikasını qorumaq üçün mənim zənnimcə, əməliyyatda olma müddətini istisna etməklə xəstələri valideynlərindən ayırmaq olmaz. Bundan başqa hansı yerli anesteziya vasitəsi istifadəsindən asılı olmayaraq uşaqlarda əməliyyat ,əsasən də adenotomiya haqqında ağır xatirələr qalır. Ümumi anesteziya üçün fluorotano-azotlu endotrakeal anesteziya miorelaksant istifadəsilə yaranmış güclü tənəffüs vasitəsi ilə tədbiq edilir. Xəbərdarlıq məqsədi ilə şişmə manjetli endotraxeal borulardan istifadə olunur. Əməliyyat xəstənin beli üzərində uzanması vəziyyətində keçirilir. İnteqrasiya olunmuş şpatelli ağızgenişləndiricisinin istifadəsi sol əl ilə hərəkət üçün geniş imkanlar yaradır.
Ümid edirəm ki, anesteziya ilə bağlı seçim bir qədər aydın oldu .
İstifadə edilən alətlərdən asılı olaraq adenotomiya klassik, soyuqplazmalı, endoskopik olur. Metodundan asılı olmayaqraq əməliyyatın məqsədi burun boğaz keçidindən adenoid toxumasının kəsilib götürülməsidir. Hər üsulun yalnız mütəxəsislərin deyil, düzgün seçim üçün valideynlərin də bilməli olduqları öz xüsusiyyətləri var.
Indi adenotomiyanın metodlarına ayrılıqda tədqiq edək. Aşağıda deyilənlər ümumi anesteziya ilə aparılan əməliyyata aid olacaq.