8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Adenotomiyanın növləri. Soyuqplazmalı adenotomiya. Klassik adenotomiya .

Adenotomiyanın növləri. Soyuqplazmalı adenotomiya. Klassik adenotomiya .
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2023 - 22 - Ynv

Klassik adenotomiya zamanı həkim  tələsmədən adenoid toxumasını adenotom və qırtlaq güzgüsü ilə yoxlayaraq götürmə imkanı var.

Yumşaq əti xüsusi alətlə qaldıraraq o burun boğaz keçidində adenoidin olub olmamasını diqqətlə araşdırır, araşdırma barmaq müayinəsi ilə tamamlanır. Əməliyyat 2-5 dəqiqə ərzində burun boğaz keçidində toxumalara turundu basaraq asan dayandırıla bilən qanaxma ilə müşayət olunur, nadir hallarda qanaxmanı saxlamaq üçün əlavə metodlardan istifadə edilir ( radiodalğalı və ya lazerlə yandırılma, xüsusi qanaxmanın qarşısını alan tozşəkilli dərmanların səpilməsi ilə).

Radiodalğalı adenotomlar var ki, adenoid vegetasiyalarını kəsir və yaralanmış toxumaları laxtalandırır.

Soyuqplazma metodunda  soyuq plazma (koblator) prinsipi istifadə edilir. Bu otorinolaringologiyada ən müasir üslubdur. Bu əməliyyatın xüsusiliyi qan çıxmadan , adenoid toxumasının tam kəsilməsidir.

Bu metodlara əhəmiyyətli əlavələrdən biri əməliyyat zamanı xüsusi optik sistem vasitəsi ilə endoskopik nəzarət olmalıdır.Yalnız bu zaman adenoid toxumasının tam kəsilməsinə əmin olmaq olar.

Digər valideynlərin demək olar hamısının verdiyi  aktual suallardan biri  əməliyyatdan sonra adenoidlərin əmələ gəlmə ehtimalı ilə bağlıdır. Təəssüf ki, relapslar (adenoidlərin təkrar əmələ gəlməsi)  tez -tez rast gəlinir.Bu aşağıda sadalanan səbəblərədn asılıdır.

Ən əsası –aparılan əməliyyatın keyfiyyətidir. Əgər cərrah adenoid toxumasını tam götürmürsə , adenoidin təkrar böyüməsi mümkündür. Buna görə əməliyyat ixtisaslaşmış cərrah tərəfindən ixtisaslaşmış xəstəxanada keçirilməlidir. Bu adenoid toxumasını tamamilə kəsməyə imkan verir. Belə ki, yenə də  residiv baş verərsə, cərrahı təqsirləndirmək lazım deyil, digər səbəblər də var.

Təcrübə göstərir ki, əgər adenotomiya erkən yaş dövründə keçirilərsə residivin baş verməsi yüksəkdir.Adenotomiyanı uşaqlarda 3 yaşdan sonra keçirmək daha məqsədə uyğundur. Lakin mütləq göstərişlərdə əməliyyat istənilən yaşda keçirilə bilər.

Adətən təkrar əmələ gəlmə alergiyyadan əziyyət çəkən uşaqlarda meydana gəlir. Buna izah tapmaq çətin olsada təcrübə bunu göstərir.

Adenoid toxumalarının sürətli yayılması ilə xarakterizə olan individual xüsusiyyətləri olan uşaqlar var .Bu halda heç nə etmək mümkün deyil. Bu cür xüsusiyyətlər genetik keçir.

Adenoid veqetasiyasının olması boğaz badamcıqlarıınn hipertrofeyası (böyüməsi) ilə eyniləşdirilir. Bu orqanlar insanın boğaz boşluğunda yerləşir və hər kəs bunu görə bilər. Uşaqlarda adenoid və badamcıqlarin paralel inkişafı daha çox müşahidə oluna bilər.

Əməliyyatdan sonra iki həftə, daha yaxşısı bir aylıq dönəm ərzində fiziki yük, idman məşğələləri və s. ləğv olunmalıdır. Uşağın qidasından  quru, bərk və isti yeməklər ixtisar olunmalıdır. Vitaminlərlə zəngin, təzə məhsullardan hazırlanmış, yüksək kolorili maye yeməklərə üstünlük verilməlidir.Bu cür pəhriz həkim göstərişindən asılı olaraq 3 gündən 10 günə kimi davam edir.

Ən azı üç gün ərzində uşağı isti suda çimdirmək olmaz. Eləcə də günəş altında, isti və havasız məkanlarda qalmağı məhdudlaşdırmaq lazımdır.

Əməliyyat yaralarının yaxşı sağalması üçün burun damcıları təyin olunur. Damarbüzücü damcıların (naftizin,tizin,nazivin,qlazolin,sanorin,ksimelin,nazol və s.) ən azı 5 gün ərzində istifadəsi , eləcə də büzücü və quruducu təsir göstərən həllin istifadəsi mütləq tədbiq olunur. Bu məqsədlə gümüş tərkibli (protaqrol, kollarqol, poviarqol və s.) damcı həlləri təyin olunur. Onların istifadə müddəti 10 gündən artıq olmamalıdır.

Əməliyyatdan sonra LOR-həkimin sizə məsləhət gördüyü  tənəffüs məşğələlərinin aparılması vacib hesab edilir.

Əməliyyatdan sonrakı gecə, bəzn isə gündüz uşağın bədən temperaturunun qalxması müşahidə olunur. Bir qayda olaraq o 38 dərərcəni keçmir. Onun aşağı salınması vacib olsa , qanaxma yarada bilən  asperin (asetilsalisil turşusu)  tərkibli dərmanlardan istifadə etmək olmaz.Əməliyyatdan sora uşaqda laxtalanmış qan qusması baş verə bilər. Bəzən qarın ağrıları və ya qarın pozğunluqları baş verə bilər.Bu əməliyyat zamanı uşağın qan udması ilə əlaqədar ola bilər ki, bu da mədə və bağırsaqda yuxarıda göstərilən dəyişikliklər yaradır.  Bunlar tez keçib gedir.

Əksər hallarda əməliyyatdan sonra burun tənəffüsündə nəzərə çarpan dəyişikliklər baş verir,lakin növbəti günlərdə burun tutmaları, burun yaralarının əmələ gəlməsi mümkündür. Bu əməliyyat sonrası burun selikli qişasında yaranan, 10 gündən sonra sovrulan şişkinliklə bağlı ola bilər.