8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Burun çəpərinin əyriliyinin əlamətləri və fəsadları hansılardır?

Burun çəpərinin əyriliyinin əlamətləri və fəsadları hansılardır?
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2022 - 28 - Snt

Burun çəpərinin əyriliyi - ümumi burun keçidinin kiçildiyi bir vəziyyətdir. Burun çəpəri idealda burun boşluğunu iki texmini eyni hissəyə bölür.  

Burun çəpərinin əyriliyinin əlamətləri hansılardır?

Əksər insanlarda heç bir əlamətlər olmur, bu vəziyyət çəpərin çox əyriliyi olmamağınnan irəli gəlir - tənəffüs yolları demək olar ki tutulmur. Yox, əgər septumda, yəni burun çəpərində olan deviasiya, yəni əyrilik,  çoxdursa onda burun tənəffüsünün pozulması ön plana çıxır.

Burun çəpərinin əyriliyinin fəsadları:

1. Somatotrop hormonun səviyyəsinin azalması

Bəzi tədqiqatların nəticələrinə görə, somatotropin xarici və daxil cavanlaşmağı təmin edir, sözün əsl mənasında. Uşaqlarda isə somamtotrop hormon onların böyüməsinin ən əsas şərtidir. Somatotrop hormon hətda arıqlmama hormonu kimidı qəbul edə bilərik. Piy deposu somatotrop hormonunun deficiti şəraitində artır, piy ərimək bilmir. Somatotrop hormon insulinrezistlenliyi azaldır. Bu hormon testosteronun səviyyəsini normallaşdırır.

Bu hormonun səviyyəsi günün vaxtından asılı olaraq dəyişir. Bədəndə onun ən yüksək konsentrasiyası , yüksək səviyyədə istehsalı yuxu zamanıdır. Və bu o deməkdir ki, somatotropinin normal istehsalını saxlamaq üçün kifayət qədər yuxu almalısınız və 22.00 saatdan gec olmayaraq yatmağa getməlisiz. Və bunnanda əlavə daha vacib şərt onnan ibarıtdir ki gecə normal yatmalısız, gecə yuxunuz rahat olmalıdır.

Bu rahatlığında əsas bünövrəsi - burun tənəffüsünün normal olmağıdır. Organizmə daxil olan oksiqenin əsas hissəsini mərkəzi sinir sistemi istifadə edir. Yuxu zamanı beyinin oksiqenə təlabəti dahada artır. Oksigen çatışmamazdığı şəraitdə pasiyent narahat yatır, tez tez durur yuxudan, normal yuxuya məxsus olan tez və ləng yuxu fazalarıının gedişi tam şəkildə pozulur. Somatotrop hormonun səviyyəsi bunların nəticəsində aşağı düşür. Nəticədə nə əldə edirik?

- Uşaqlarda - böyümə sürəti kəskin halda gecikir;

- Uşaqlarda üz skeleti xoşa gəlməz forma alır;

- Uşaqlarda prikus patoloji vəziyyət alır;

- Böyüklərdə - əzələ zəifliyi müşaidə olunur - halsızdıq tez tez rast gələn şikayyətlərdir;

-  Saç tökülməsi aktivləşir;

- Osteoporoz müşaidə olunur - sümüklər qırılmağa meyilli olur, deformasiyaya uğrayıllar;

- Həddindən artıq tərləmə çox vaxtə müşaidə edirik;

- Kökəlmə ploblemi önə çıxır;

- Ariqlama çətinləşir - diyetalar kömək edə bilmir;

- Kişilərdə impotensiya (cinsi zəyiflik)  gec tez üzə çıxır;

2. Yevstaxiit (tubootit)

Yevstaxiit - eşitmə borusunda inkişaf və davam edən iltihablı bir prosesdir. Bu xəstəlik müalicə olunmazsa, xroniki hala gəlib və həm müvəqqəti, həm də daimi eşitmə itkisinə səbəb ola bilər. Tubootitin inkişafının səbəblərindən ən əsası burun çəpərinin əyilməsi və onunla yanaşı aşağı burun konxalarının hipertrofiyasıdır, yəni patoloji böyüməsidir. Belə halda zamanla orta qulaqda xroniki iltihablı process yaranır və nəticədə orta qulaqda adqeziv otitə gətirib çıxardır. Bəzi hallarda, əsasda uşaqlarda orta qulaqda ekssudat yığılr və qulaq pərdəsi yırtılır. Nəticədə xroniki orta otit yaranır, hansınınkinin müalicəsi ancaq əməliyyatdır.

3. Burunnan qanaxma

Burun çəpırinin əyriliyi selikli qişanın atrofiyasına gətirib çıxarda bilər. Bələ nahiyələrdə qan damarları çox həssas olur və müxtəlif provakasion səbəblərdən (yüksək arterial təziq, travma və sairə) onların bütövlüyü pozulur - nəticədə qanaxma baş verir. Tes tes baş verən burun qanaxmaları halsizdığa və başqa xoşa gəlməz nəticələrər gətirə bilər.

4. Xorultu

Burun çəpərinin əyriliyi daha bir patoloji vəziyyətə gətirib çıxarda bilər - xoruldamağa.

Yuxuda xoruldamaqdan əziyyət çəkənlər bu problemə, təəsüfər ki, dırnaq arası baxıllar, əksər halda. Ancaq xatırlamaq lazımdır ki, xoruldama olduqca təhlükəli nəticələrə səbəb ola biləcək bir xəstəlikdir ...

Xorultu ancaq bir səs fenomeni deyil, ən öncə yuxuda tənəffüsün dayanmağı deməkdir.

Yuxu zamanı xroniki olaraq xoruldayan insanlar bir gecədə 300-dən çox tənəffüsün dayanmsını yaşaya bilərlər! Tez-tez tənəffüsün dayanması kəskin oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da müəyyən ürək-damar xəstəliklərinin inkişafı ilə nəticələnə bilər. 35% hallarda yuxu zamanı ürək dayanması mümkündür.

5. Baş agrıları

Burun çəpırinin əyriliyi əksər hallarda organizimdə hipoksiyaya gətirib çıxardır. Hipoksiya bədən toxumalarına kifayət qədər oksigenin təminatı olmayan bir vəziyyətdir.

İlk növbədə belə halda mərkəzi sinir sistemi əziyyət çəkir. Beyin həmişə orqanizmdə bütün oksigenin 20% -nı mənimsəyir. Orqanizmin "oksigenə böyük təlabəti" beynin oksigenə böyük ehtiyacı ilə izah olunur.

 Hipoksiya, aşağı oksigen təzyiqi ilə əlaqəli ikincil baş ağrılarına səbəb kimi ortaya çıxır. Bəzi hallarda baş ağrıları kəskin forma alır.

6. Arteraial təziq

Arterial təzyiqinin artması və ürəyin atim fraksiyasının artması burun çəpərinin əyriliyi nəticəsində yaranmış hipoksiyanın davamıdır. Bu ona görə baş verir ki, ürək oksigen aclığı şərayitində yaşayan bir orqanizm toxumalara oksigeni mümkün qədər çox və tez “paylamağa” çalışır. Bunlar gez tez urəyin patoloji dəyişmələrinə gətirib çıxardır.

7. Ürək döyüntüləri (aritmiya)

Hipoksiyanın daha bir fəsadı - funksional aritmiyalardır. Ürək döyüntüləri bəzi hallarda çox narahat edən bir vəziyyət kimi ortaya çıxa bilir.

8. Yaddaşın və intellektin zəyifləməsi

Hipoksiya şəraitində olan mərkəzi sinir sisteminin əsası olan sinir hüceyrələrinin fəyaliyəti zəyifləyir, onlarin arasında olan funksional ələqələr pozulur. Bunlar yaddaş və intelektual pozğunluğa gətirib çıxardır.

9. Qoxu hissiyatının pozulması (hiposmiya və ya anosmiya)

Burun çəpərinin əyilməsi - hiposmiyanın və ya anosmiyanın ən çox yayılmış səbəblərindən biridir. Bu səviyyədə, yəni burun boşluğunun yuxarı hissəsində hava axınının həssas reseptorlara gedən yolunda mexaniki bir maniyə kimi burun çəpəri ortaya çıxır.

10. Xroniki sinusitlər

Burun çəpəri əyriliyi gec tez paranazal sinuslarla burun boşluğunun arasında olan təbii dəlikləri tam və ya nisbətən bağlanmasının səbəbi kimi ortaya çıxır.

11. Kosmetik defekt

Bəzi hallarda burun çəpərinin deformasiyaya uğraması xarici burunun da inkişafında xoşa gəlməz formasına gətirib çıxardır.

12. Aşağı nəfəs yollarının xroniki iltihabli xəstlikləri

Burun çəpəri əyriliyi ağızla nəfəs almağa vadar edir insanı. Belə vəziyyətdə alinan nəfəs zamanı hava təmizlənmir, isinmir və nəmləşmir. Bu amillər aşağı nəfəs yollarının xronili xəstəliklərinə gətirib çıxardır.

13. Başqa xəstəlikərin daha ağır keçməsi

Burun çəpəri əyriliyi yaratdığı durum infeksion xəstəliklərin, kəskinləşmiş allerqik fonun daha ağırlaşmasına səbəb olur. Hətda daxili orqanlarında xroniki xəstəliklərin gedişi dahada ağırlaşır.