8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Burun qanaması xəstənin həyatı üçün olduqca təhlükəli ola bilən bir vəziyyətdir

Burun qanaması xəstənin həyatı üçün  olduqca  təhlükəli ola bilən bir vəziyyətdir
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2022 - 22 - Okt

 Burun qanaması xəstənin həyatı üçün  olduqca  təhlükəli ola bilər. Xoşbəxtlikdən burun qanamalarının böyük əksəriyyəti böyük təhlükə yaratmır və tez dayandırıla bilər. Burun qanamasının burun boşluğunun hansı hissəsində olmasından asılı olraq iki növünü qeyd edirlər. Bundan asılı olaraq burun qanamalarını arxa və ön qanaxmalara ayırırlar.

  • - Ön burun qanaması bütün burun qanaxmalarının 90%-ni təşkil edir. Qanaxma burunun ən ön hissəsindəki qan damarından, daha dəqiq burun çəpərinin Kisselbah zonasından gəlir. Bu zona sıx qan şəbəkəsini təşkil edir. Ön burun qanamasını nisbətən asan dyandırmaq olur və praktiki olaraq xəstənin əyatı üçün təhlükə yatamır.
  • - Arxa burun qanaması ön burun qanamasınadan daha nadir hallarda rast gəlinir . Bir qayda olaraq bu yaşlı insanlarda təsadüf olunur. Qanaxma burunun arxa tərəfində arteriyadan baş verir.  Bu arteriyalar daha iridir və çətin sakitləşir, buna görə də bu cür burun qanaması daha təhlükəli hesab edilir, çətin dayandırılır və adətən xəstəxanaya yerləşdirmə tələb olunur.

Demək olar ki, hər ailə nə vaxtsa burun qanamsı problemi ilə rastlaşıb. Burun qanaması bir qayda olaraq, ən çox  qış aylarında , quru, sərin mühitdə müşahidə olunur. Onlar istənilən yaş həddində rast gəlinə bilər, lakin daha çox 2-dən 10yaşa kimi uşaqlarda və 50-dən 80yaşa kimi böyüklərdə müşahidə olunur.

Burun qanaması: səbəbləri

Burun qanamalarının əsas səbəblərindən biri – burun travmasıdır. Burun xaricindəki travma məsələn, sifətə zərbə və ya daxili travma, məsələn  burun qurdalamaq, güclü burun təmizlənməsi burun qanamasını yarada bilər.

Burun qanamasının digər səbəblərindən qan laxtalanmasının pis və ya heç olmamasıdır. Bu məsələn, aspirin və ya varfarin dərmanlarının istifadəsi zamanı müşahidə olunur. Qaraciyər xəstəliyi də qan laxtalanmasının pozulmasına səbəb ola bilər. Hemofiliya və digər qan xəstəlikəri qan laxtalanmasının pozulmasına səbəb ola bilər. Qüsurlu qan damarları , burunda şiş – burun qanamasının nadir , lakin mümkün səbəblərindəndir. Lakin burun qanamasının nisbətən geniş yayılmış səsbəblərindən biri yüksək qan təzyiqidir. Uşaqlarda adenoidlərin olması burun boşluğunda venoz staziyaya səbəb ola bilər və onlarda te-tez yaranan burun qanaxmasında böyük rol oynaya bilər.

Burun qanaması: əlamətləri

Qanaxma adətən bir burun dəliyində olur. Əgər qanaxma çox güclüdürsə , qan bütün zədələnmiş burun boşluğunu , burunudlaq keçidini tuta bilər, bundan sonra qan digər burun boşluğunu tutur ki, bu da burun qanamasının iki tərəfli xarakterini simulyasi edir. Qan burunudlaq keçidindən boğaza və mədəyə  düşə bilər, bu cür xəstələr qan öskürürlər, kofe rəngli qusuntu kütləsi qusurlar. Həddindən çox qan itirmənin əlamətlərinə başgicəllənmə, sayıqlama , huşunu itirmə və ya özündə olma qarışıqlığı daxildir.

Burun qanaması xəstələr tərəfindən psixoloji olaraq ağır keçirilir. Onlara elə gəlir ki, ölürlər, baş verənlərdən dəhşətə gəlir, tez-tez yersiz davranırlar. əslində demək olar ki, bütün burun qanamaları xəstə həyatı üçün təhlükə yaratmır, əksər hallarda onların asan qarşısını almaq olur.

Burun qanaması zamanı nə vaxt həkimə müraciət etməli: 

  • - Əgər burun qanamsının təkrar epizodları müşahidə olunarsa
  • - Əgər burun qanamasından başqa bədənin digər orqanlarından  məsələn, idrar edərkən və ya nəcisdə qan müşahidə edilərsə
  • - Əgər burun qanamaları burnuna əhəmiyyətsiz toxunuşdan yaranarsa
  • - Əgər qan duruldan dərmanlar aspirin və varfarin daxil olmaqla  qəbul edirsinizsə
  • - əgər sizin qan laxtalanmasına təsir göstərən qaraciyər xəstəliyi, böyrək xəstəliyi, hemofiliya və s. kimi əsas xəstəlikləriniz varsa
  • - Əgər siz bu yaxınlarda kimya teropiya keçmisizsə

Bu hallarda siz təcili xəstəxanaya müraciət etməlisiz:

  • - Burun qanaması 10dəqiqədən çox çəkərsə
  • - Burun qanamsının təkrar epizodları qısa müddət ərzində  müşahidə olunarsa
  • - Baş gicəllənmə və gözünüzdə titrəmələr var, ürək keçmə halını hiss edirsiniz
  • - Bərk ürək döyüntüsü və tənəffüslə bağlı probleminiz var
  • - Sizdə qan püskürməsi ilə öskürək və qan qusması var
  • - Sizin bütün bədəninizdə səpgi və ya 38,5 dərəcədən yuxarı temperaturunuz var.

Burun qanamasının müayinəsi

  • - Burun boşluğunun müayinəsi zamanı davamlı burun qanaması və ya burun qanamasını saxlayan burun keçidini tıxayan qan laxtaları müşahidə olunur. Normal müayinə üçün həkim burun boşluğunu qan laxtalarından təmizləyir, qanaxma zamanı damaryığan dərmanlarla məsələn, adrenalin, naftizin və s. doyuzdurulmuş tənzif tamponları ilə burun qanamasının qarşısını almağa çalışır. Adətən bu prossedurlardan sonra ön burun qanamalarının mənbəyini görmək mümkün olur. Əgər qanama yoxdursa burun boşluğuna endoskopik yolla baxmaq daha yaxşıdır.
  • - Arxa burun qanamasında burun qanamasının mənbəyini müayinə etmək çətindir. Bu qanamanın adi metodla qarşısını almaq çətindir. Lakin aspiratordan istifadə edərək, adi metodla və ya endoskopla burun boşluğunu təmizləyərək və  eyni zamanda burun boşluğunu müayinə edərək arxa burun  qanamasının  diaqnozunu qoymaq olar.
  • - Qan itirmə dərəcəsini dəyərləndirmək üçün labaratoriya analizlərinin aparılması  vacib idi. Müalicə üsulu əsaən bundan asılı olur.

Burun qanaması müalicəsi:

Əhəmiyyətsiz dərəcədə burun qanamaları xüsusi müdaxilə tələb etmir.

Burun qanaması zamanı:

  • - Sakitçiliyi qoruyun
  • - Düz oturun
  • - Başınızı qabağa əyin Arxaya başınızı əymək olmaz, bu zaman siz qanın udulmasına və mədənizin qanla dolmasına səbəb olacaqsız
  • - Burun dəliyini baş və işarə barmağınızla 10dəqiqə ərzində sıxıb tutun.
  • - Boğaıza axan qanı tüpürün.Heç bir halda udmayın , belə ki, bu lazımsız qusmaya səbəb olacaq.

Burun qanaması dayandırıldıqdan sonra:

  • - Burun qıcıqlanmasının səbələrini aradan qaldırın, öskürək və asqırmaqdan qaçmaq üçün əlinizdən - gələni edin
  • - Burun üçün soyuducu paketlərdən istifadə etmək olar, lakin bunun effektinin  inandırıcı sübutu yoxdur.
  • - Yerləşdiyiniz məkanın havasını dəyişin. Quru hava – mümkün burun qanaması üçün daha bir mənfi amildir.

Ön burun qanaması- həkim müdaxiləsi

  • - Əhəmiyyətsiz dərəcədə burun qanaxması müalicə tələb etmir.
  • - Əgər qanaxmanın mənbəyi olan qan damarı yaxşı görünürsə, həkim xüsusi kimyəvi vasitələrlə məsələn, gümüş nitratı ilə onu yandıra bilər. Əgər qanaxma burun çəpərinin Kissebah zonasının  qan damarlarında olarsa yandırılma –effektiv metoddur.
  • - Daha çətin vəziyyətlərdə burun boşluğunun tammonadası tələb olunur. Əsas ideya, burun boşluğuna qoyulmuş tampon vasitəsi ilə burun boşluğu divarına, qanayan damarlara təzyiq göstərərək qanaxmanı dayandırmaqdır. Məsələn hemostatik süngər, şişirdilmiş manjetli xüsusi borular və s. kimi qanaxmanı dayandırmanın digər imkanları var ki, bunlardan hansısnın istifadə edilməsi qararını həkim verir.
  • - Tamponadan sonra və burun qanamasının tam dayandırılmasından sonra xəstələr çox hallarda ambulator sonrası müalicəyə buraxılırlar. Bir qayda olaraq tamponlar burun dəliyində 2-3 gün ərzində qalır. Xəstələr müəyyən qaydada antibiotik və  qan laxtalanmasını gücləndirən dərmanlar qəbul edirlər.

Arxa burun qanaması – həkim müdaxiləsi

  • - Arxa burun qanaması faktı  - xəstəxanaya yatırılmaq üçün təcili göstəricidir.Adətən arxa burun qanaması sərbəst olaraq dayandırılmır. Ön burun qanaması hallarında ön tamponadanın  istifadəsi  bu halda bir qayda olaraq effektsizdir. Bu vəziyyətdə arxa burun boşluğunun tamponadası istifadə edilir.  Bu arxa burun boşluğu üçün öncədən xüsusilə hazırlanmış tamponlar vasitəsi ilə həyata keçirilir.
  • - Lakin bu prossesin çox ağrili olması faktını nəzərə alaraq, arxa tamponada sedativ və ağrıkəsici dərmanların istifadəsi ilə bəzi hazırlıqlar tələb edir.
  • - Arxa tamponada bir qayda olaraq 2-3 sutka yerində qalır. Əgər qanaxma dayandırılmırsa, cərrahi müalicəsi endoskopun istifadəsi ilə həll olunur. Bir qayda olaraq, əksər hallarda  burun qanamasının mənbəyini görüntüləmək mümkün olur  və qanaxma  laxtalanma və ya kəsmə yolu ilə dayandırılır.

Burun qanamasının dayandırılmasından sonra sizin addımlarınız 

  • - Nə qədər çətin olsa da burun tamponunu çıxartmağa çalışmayın.
  • - Bütün burun tutulmalarından  qaçmağa çalışın. Burun təmizləməyin. Maksimal dərəcədə asqırmamağa və öskürməməyə çalışın. Arterial təzyiqin armasına səbəb ola bilən istənilən fəaliyyətdən uzaqlaşın.
  • - Əgər mümkündürsə ibupren, naproksen, tromboass, varfarin  kimi sizin laxtalanmanızı poza bilən dərmanları qəbul etməyin.

Praqnoz

Düzgün müalicə taktikasında praqnoz demək olar ki, həmişə müsbətdir.

Burun qanaması