8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Burun çəpərinin əyriliyi - burun tənəffüsünün pozulmasına səbəb olan xəstəlik

Burun çəpərinin əyriliyi - burun tənəffüsünün pozulmasına səbəb olan xəstəlik
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2022 - 28 - Snt

Burun tənəffüsü – insan üçü n bir çox amillərdə vacib olan , avtomatik rejimdə baş verən fizioliji prossesdir. Burun tənəffüsündən başqa fizioloji olmayan , yuxarı tənəffüs yollarının bir çox xroniki xəstəliklərinə yol aça bilən ağız tənəffüsü də mövcuddur. Burun boşluğu orqanizm üçün vacib olan bir sıra funksiyaları yerinə yetirir ki, buna görə  burun tənəffüsü fizioloji hesab olunur.

Burun boşluğundan keçən hava nəmlənir (nəmlənməmiş, quru hava yuxarı tənəffüs yollarının selikli qişasını qurudaraq onu ətraf mühitin çoxlu ziyanverici amilləri qarşısında aciz  qoyur) , zərərli çirklərdən və xəstəlik törədən  mikroorqanizmlərdən təmizləyir (təmizlənməmiş hava tez-tez yuxarı tənəffüs yollarının müxtəlif ,eyni zamanda yoluxucu xəstəliklərinə səbəb olur). Bundan başqa burun boşluğunun rezonator funksiyasını və burunətrafı ciblərin hesabına sərbəst burun tənəffüsündə hər kəsə məxsus xarakterik səs tembri təmin edilir. Burun tənəffüsünün pozulması yuxarı tənəffüs yollarınıda, eləcə də bütün orqanizmdə bir sıra potoloji vəziyyətlərin yaranmasına səbəb ola bilər. Burun tənəffüsünün pozulmasına səbəb olan xəstəliklər çoxdur, lakin ən geniş yayılmış hal  - burun çəpərinin əyriliyidir.

Burun çəpəri -anatomiya

 Burun çəpəri burun boşluğunda yerləşən dörd divardan: yan (lateral – sağ və sol), yuxarı və aşağı  ibarət prizmadır. Burun çəpəri ortada yerləşir və burun boşluğunu iki hissəyə ayırır: sağ və sol.  Əslində burun çəpəri demək olar ki, heç vaxt  düz orta xəttə olmur (müxtəlif məlumatlara əsasən təxminən  əhalinin 95%-i bu və ya digər dərəcədə burun çəpəri əyriliyinə malikdir) və buna görə də burun boşluğunun hər iki tərəfi eyni ölçüdə ola bilməz. Burun çəpəri iki hissədən ibarətdir : qığırdaq və sümük. Qığırdaq hissəsi – burun çəpərinin ön hissəsidir və ona burnunda barmaqlarla toxunmaq olar. Bu hissə burun sümükləri ilə birgə burunun xarici görünüşünün formalaşmasına cavabdehdir. Çəpərin qığırdaq hissəsi sümük hissəsinə nisbətən yumşaqdır. Burun çəpərinin bu hissəsi zədələnməyə daha çox meyillidir. Güclü əyrilik ilə nəticələnən qığırdaq sınıqları, disloksasiya və subluksasiya mümkündür. Burun çəpəri 10 yaşa kimi formalaşır, lakin yekun inkişaf 15-16 yaşına kimi davam edir.

Burun çəpəri əyriliyinin səbəbləri

Səbəblərindən asılı olaraq burun çəpəri əyriliyini müxtəlif növlərinə ayırırlar: fizioloji, zədələnmiş və kompensatorlu.

- Fizioloji əyrilik – burun çəpərinin qığırdaq və sümük toxumalarından ibarət oduğuna, onların inkişaf sürətinin müxtəlif olmasına, qığırdaq toxumasının daha tez inkişafına görə baş verir. Əgər burun çəpərinin əhatə karkasının sümükdən ibarət olmasını nəzərə alsaq , aydın olur ki, sürətlə inkişaf edən burun çəpəri burun boşluğunda kiçilmir, əyilməyə başlayır. Fizioloji əyrilik – daha çox rast gəlinən əyrilikdir. Bir qayda olaraq, bu cür əyrilikdə burun çəpərinin orta xəttindən demək olar ki, bütün uzunluğu boyu yerdəyişməsi , donqarlığın və çıxıntıların əmələ gəlməsi müşahidə olunur. Bundan başqa burun çəpər əyriliyinin artmasına burun boşluğunun tez-tez iltihabı səbəb ola bilər.

 - Zədələnmiş əyrilik də nadir hal deyildir və mexaniki nəticədir: bərk alətlə zərbə, burun üstə düşmə və s. Bu zaman burun sümükləri sınığının olmadığı və ya olduğu burun çəpər əyriliyi variantları mümkündür. Birinci halda burun xarici görünüşünün dəyişilməsi vacib deyil ( lakin, burun formasının pozulması bu halda da tez-tez müşahidə olnur), ikinci vəziyyətdə (burun sümüklərinin sınması) burun xarici formasının dəyişikliyi müşühidə olunur. Burun zədələnməsi uşaq doğularkən də müşahidə oluna bilər. Bu zaman burun çəpərində qığırdağında dislokasiya ola bilər. Bundan başqa, uşaqların buruna əhəmiyyətsiz zədənin təsiri  burun çəpərinin inkişaf istiqamətinin pozulmasına gətirib çıxara bilər və gələcəkdə çəpərin əhəmiyyətli dərəcədə deformasiyasına səbəb olur.

- Kompensator əyrilikər –burun çəpər əyriliyinin səbəbləri müxtəlif patoloji hallar və  burun boşluğunun xəstəlikləridir: polipli rinosunisit, burun boşluğinda yad cismlər, vazomotor rinit, allergik rinit, burun boşluğu papiloması, burun boşluğunun adenoması və sairə.

Burun çəpər əyriliyinin kliniki  simptomları

1.Burun tənəffüsünün çətinliyi.Burun tənəffüsünün pozulma dərəcəsi fiziki yük zamanı əhəmiyyətsiz diskomfortdan demək olar ki, burunla tənəffüs almamasına kimi müxtəlif ola bilər. Burun tənəffüsü bir tərəfli, eləcə də iki tərəfli pozula bilər.

2.Xorultu. Burun tənəffüsünün pozulması xorultunun ən əsas səbəblərindəndir.

3.Burun boşluğunda quruluq. Burun çəpəri əyriliyi burun boşluğunun selikli qişasının subatrofiyasına və bir qayda olaraq, bunun nəticəsində burun boşluğu quruluğuna səbəb olur.

4.Burun qanamaları. Kisselbax zonasında əyri burun çəpəri selikli qişanın atrofiyasına və bu zonanın damarlarının qabarıq və zəifliyinə səbəb olur.

5.Burun sinuslarının xroniki iltihabi xəstəlikləri (haymorit, frontit, etmoidit, sfenoidit). Burunətrafı sinusların normal işləməsinin vacib şərtlərindən biri burunətrafı sinusların uyğun drenajıdır. Buna görə onların təbii dəlikləri həmişə sərbəst olmalıdır. Uzun müddətli burun çəpərinin əyriliyi zamanı ( bir neçə il, eləcə də 10 il) bu sinusların dəliklərinin selikli qişasının  hipertrofiyası baş verir ( uzun müddətli prosses zamanı və hətta allergik reaksiyalar olmadıqda adətən polipoz prosses inkişaf edir)  və qismən və ya tamamilə bu təbii birləşməni bağlayır. Bu sinusların aerasiyasının, onların drenaj funksiyasının pozulmasına və nəticədə xroniki xəstəliklərin yaranmasına səbəb olur. Burun çəpərinin düzəldilməsi xroniki sinusitin müalicəsinin mümkün  vacib amillərindən biridir.

6.Burun formasının dəyişdirilməsi.  Burun çəpərinin zədələnmiş əyriliyində - dislokasiya, çəpər qığırdağının sınması zamanı- burun forması dəyişdirilir. Burun çəpər əyriliyi zamanı burun formasının dəyişilməsi tez-tez müşahidə olunur, bir qayda olaraq, zədə təsiri nəticəsində burun forması adətən burunun aşağı yarısının hesabına dəyişir.

Burun çəpərinin simptomları və fəsadları barədə daha ətraflı burada oxuya bilərsiz