8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Burun çəpər əyriliyinin müalicəsinin iki növü mövcuddur

Burun çəpər əyriliyinin müalicəsinin iki növü mövcuddur
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Burun
Dərc olunub:  2022 - 29 - Snt

Burun çəpər əyriliyinin müalicəsinin iki növü mövcuddur:

1 - Lazer septaxondrokorreksiyası.

Bu burun çəpər əyriliyi müalicəsinin yeni lakin böyük bir nöqsanı olan  üsuludur: o xüsusi burun çəpər əyriliyi olan çox az xəstələrə təyin olunub. Burun çəpər əyriliyi məhz çəpərin qığırdaq hissəsində C-formalı əyrilik kimi olmalıdır. Lakin bu cür çəpər əyriliyinə yalnız 1-3% hallarda rast gəlmək olar.

2 - Burun çəpər əyriliyinin daha effektiv müalicəsi yalnız cərrahiyədir.

Burda iki növ müdaxiləni ayırırlar: burun çəpərinin selikaltı rezeksiyası (Klianovskayanın müəllifinə görə) və septaplastika.

Birincinin mahiyyəti selikli qişasının bir nüsxəsinin saxlanılması ilə  burun çəpərinin tam rezeksiyasıdır. Hazırda mənfi nəticələrə (çəpərin perforasiyası, burun çəpərinin selikli qişasında artofik prossesin inkişafı)  görə bu əməliyyatı çox az edirlər.

Daha fizioloji və tez-tez keçirilən əməliyyat – mahiyyəti burun çəpərinin əyilmiş hissəsinin kəsilməsi və onların əməliyyat zamanı reimplontasiyası mümkün olan septoplastikadır. Hazırda bu əməliyyat zamanı adətən endoskop istifadə edilir.

Əməliyyat yerli ağrıkısici eləcə də, ümumi anesteziya altında aparıla bilər. Xəstə üçün tam diskomfortun olmaması, bundan başqa, cərraha maksimal müsbət nəticə əldə etmək üçün sərbəst işləməyə imkan yaratdığı üçün ümumi anesteziyaya üstünlük verilir. Təbiidir ki, əməliyyat xəstəxana şəraitdə aparılmalıdır. Həkimin ixtisası burada birincidərəcəli yerdədir. Ağırlaşmanın dərəcəsi və müntəzəmliyi, burun tənəffüsü baxımından nəticələr  bundan asılıdır. Yaş məhdudiyyətlərinə gəldikdə, əməliyyat 15yaşa çatmış şəxslərdə aparılmalıdır. Lakin burun tənəffüsünün xüsusi pozulmalarında əməliyyatı 6-yaşdan başlayaraq kiçiklərdə də aparmaq olar, lakin bu zaman əməliyyat edən cərrah burun çəpərinin inkişaf zonalarının normal funksiyasını pozmamaq üçün  burun çəpərinin arxitektonikasını yaxşı bilməlidir.  Əməliyyat müddəti cərrahın ixtisasından və çəpərin əyilmə dərəcəsindən asılı olaraq orta hesabla 30 dəqiqədir.Çoxları əməliyyatdan sonra burun boşluğundakı tamponların uzunluğundan və onların əməliyyatdan sonra  çıxardılmasının ağrılı olmasından dəhşətlə danışır. Həqiqətən əvvəllər bu cür hallar olurdu, hazırda isə elə deyil. Hal hazırda, əməliyyat sonrası dövrdə burun tənəffüsünün təminatı üçün ortasında borular olan  xüsusi lateks tamponlar, splintlər istifadə edilir. Onlar asan və ağrısız xaric edilir. Bərpa baxımından  əməliyyat sonrası dövr adətən 7 gün təşkil edir.

Mümkün olan ağırlaşmalardan  burun çəpərinin perforasiyasını, burun boşluğunun sinexiyasını (çəpər toxumalarının və burun yan divarının  birləşməsi), əməliyyat zamanı , eləcədə erkən və sonrakı əməliyyat sonrası dövrdə burun qanaxmalarını qeyd etmək lazımdır. Burun çəpərinin perforasiyasının yaranması riski bir başa cərrahın ixtisasından , burun çəpərinin əyrilik dərəcəsindən, çəpərin selikli qişasının vəziyyətindən asılıdır. Sinexiyanın inkişafının qarşısının alınması üçün əməliyyat sonrası dövrdə bir həftə ərzində burun boşluğunun gündəlik təmizlənməsi vacibdir. Mümkün qanaxmalar bir çox amillərdən: orqanizmin vəziyyəti, qandövranı sisteminin funksiyası, yüksək qan təzyiqinin olması, əməliyyat edən cərrahın ixtisasından və s. asılıdır. Məsələn, aybaşı dövrü olan qadınlarda operativ müdaxilə arzuolunmazdır  və ya trambositopeniya olan şəxslərdə bu cür müdaxilə təhlükəlidir.

Nəticə olaraq demək istəyirəm ki,  yalnız LOR həkim “Burun çəpər əyriliyi” diaqnozunu qoya bilər. Hər burun çəpər əyriliyi cərrahi müalicə tələb etmir və əksinə , hətta normal burun tənəffüsündə düz burun çəpərinin olması vacib deyil.