Xroniki faringitin səbəbləri:
- siqaret çəkmə: uzun müddətli siqaret çəkmə tütün tüstüsünün tərkib hissələrinin güclü qıcıqlandırıcı təsirinə məruz qalması nəticəsində orofaringeal mukozada (udlağın selikli qişasında) xroniki dəyişikliklərin inkişafına səbəb olur;
- zərərli istehsal müəsələri, xüsusilə kimyəvi istehsal müəssələri;
- burun boşluğunun və paranazal sinusların xroniki xəstəlikləri, kariyes və ağız boşluğunun digər iltihabi xəstəlikləri orofaringeal selikli qişanın (udlağın selikli qişasının) limfa sistemində hipertrofik prosesin inkişafına təsir göstərir;
- xroniki tonzillit;
- çox isti və ya soyuq qidaların və mayelərin müntəzəm istifadəsi gec-tez orofarenksin (udlağın) arxa divarında hipertrofik proseslərə səbəb olur;
- hipovitaminoz və digər çatışmazlıq hallarında orofaringeal mukozanın (udlağın selikli qişasında) patoloji vəziyyətinə səbəb ola bilər;
- orqanizmdə hormonal dəyişikliklər də xroniki faringitə səbəb ola bilər, məsələn, atrofik faringit postmenopozal dğvrdə qadınlarda inkişaf edir;
- orofarenksin zədələnməsi;
- müxtəlif infeksiyalar (viruslar, bakteriyalar, göbələklər), o cümlədən spesifik olanlar: skleroma, sifilis, vərəm.
- allerqiya;
- kimyəvi maddələrə və ya fiziki amillərə, məsələn, radiasiyaya məruz qalma nəticəsində;
- orofarenksin selikli qişasının mədə turşusu tərəfindən qıcıqlanması ilə nəticələnən qastroezofageal reflü;
Xroniki faringitin üç forması var:
1. Kataral farinqit - orofarenksin selikli qişasının qızartı hiperemiyası, xroniki farngitin inkişafının ilkin mərhələlərində müşahidə olunur.
3. Atrofik farinqit - xroniki faringitin ən əziyyətverici forması. Bu forma ilə orofarenksin selikli qişasının nazilməsi atrofiyası müşahidə olunur, selikli qişa parlaq və quru olur.
3. Hipertrofik - bəlkə də xroniki faringitin ən çox yayılmış formasıdır. Arxa divar boyunca hipertrofik ayrı-ayrı sahələr görünür, bu da orofarenksin immun toxumalarının genişlənmiş sahələrini təmsil edir.
Xroniki faringitin simptomları
- boğazda qıcıqlanma və quruluq;
- tez-tez udma zamanı baş verən ağrılar;
- boğazda yad cisim hissi;
- quru öskürək ;
- xəstənin ümumi vəziyyəti pozulmur;
Xroniki faringitin müalicəsi:
- xroniki tonzillitin kəskinləşməsi zamanı (anqina) - antibakterial terapiya (antibiotiklər), qarqara (antiseptiklərlə), simptomatik terapiya (bədən istiliyinin azalması, ağrıyaqarşı terapiya);
- remissiya mərhələsində - damaq badamcıqlarının lakunalarının müxtəlif üsullarla sanasiyası: xüsusi şprislər və ya “Tonsillor” aparatından istifadə edərək badamcıqların kanallarının antiseptiklərlə yuyulması;
- tonzillektomiya;
- paranazal sinusların, alveolar-diş sistemin xəstəliklərinin müalicəsi;
- orofarenksin arxa divarının hipertrofiyaya uğramış sahələrinin kauterizasiyası;
- qastroezofageal reflüksün müalicəsi;
- atrofik faringit ilə yumşaldıcı yağ inhalyasiyaları;
- siqaretdən imtina etmək;
- burun tənəffüsünün bərpası;
- Allergiya müalicəsi;