8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Xroniki tonzillit - səbəbləri, patoqenezi, əlamətləri, fəsadları

Xroniki tonzillit - səbəbləri, patoqenezi, əlamətləri, fəsadları
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Boğaz
Dərc olunub:  2022 - 30 - Okt

Xroniki tonzillit tonzillit - ümumi zəhərli-allergik reaksiya kimi təkrarlanan kəskinləşmələrlə müşayiət olunan damaq badamcıqlarının uzunmüddətli xroniki iltihabı prosesidir.

Son illərdə badamcıqların patologiyası bütün dünyada yüksək prioritetli yer tutur, səbəbidə bu patoloqiyanın geniş yayılması, eləcə də  badamcıqlarda iltihabı prosesin nisbətən sürətlə xroniki hala keçməsidir və ölümcül ağırlaşmaların rast gəlməyinin artmasıda o cümlədən səbəblərdən biridir. Başga bir vacib səbəbdə -   konjuqat (metatonsilyar) xəstəliklərin gedişatının və ümumi orqanizmə təsirinin xüsusiyyətləridə xroniki tonzillitin prioritet problem olmağını dahada önə çıxardir. Lakin onuda vurğulayaq ki bu xəstəliyin real yayılması kifayət qədər öyrənilməmişdir. Xüsusilə bu məsələ ilə məşğul olan bir sıra müəlliflərin fikrincə, xroniki tonzillit problemi əhalinin 3% dən 45% qədər yayılıb. Xroniki tonzillit hal hazırda insanın həyat keyfiyyətini ciddi şəkildə poza bilən qlobal ictimai sağlamlıq problemidir.

Boğazın limfoid toxumasının iltihabına səbəb olan infeksion agentlərə bakteriya, viruslar, göbələklər daxildir.

Xroniki tonzillitin kəskinləşməsi hallarının 2/3-ə qədər viruslar səbəb olur, bunlara tez-tez adenoviruslar, qrip virusları, paraqrip virusları, enteroviruslar və Epstein-Barr virusu (EBV), həmçinin mikoplazmalar daxildir.

Mikotik infeksion agentlərdə daha da axır vaxtlar tez-tez xroniki tonzillitin inkişafında etioloji faktor kimi rol oynayır.

Bakteriyalar tonzillit hallarının 15-30 faizində etioloji səbəb olur, onlara aiddir: streptokoklar, stafilokoklar, pnevmokoklar və Haemophilus influenzae. Beta-hemolitik streptokokun A qrupu tonzillitə səbəb olan ən çox yayılmış bakteriyadır. Hemolitik streptokokların səbəb olduğu patoloji process bakterial tonzillit və ya angina adlanır. Güman edilir ki, anginaya yoluxmuş şəxs öskürən və ya asqıran zaman hava damcıları və ya təmas yolu ilə infeksiyanı yayır - paylaşılan yeməklər, içkilər, öpüşlər və s.

Uşaqlarda və böyüklərdə kəskin tonzillitin patogenezi eynidır. Badamcıqların quruluşu çox nazik kanallardan və çökəkliklərdən (lakunalar və kriptalar)  ibarət olan limfoid toxuma ilə təmsil olunur. Onlar çoxlu sayda limfosit və leykosit faqositləri - tənəffüs sistemini infeksiyadan qoruyan immun hüceyrələrini istehsal edirlər. Yoluxucu agentlərin geniş miqyaslı hücumu halında, müdafiə edən hüceyrələrin əsas hissəsi ölür və kanalların  ölmüş epiteliy hüceyrələriylə və yemək qalıqlarıilə biryerdə  kanalların boşluqlarında toplanan irinli çürümüş toksiki kütlələr əmələ gəlir. Beləliklə, xroniki tonzillitə çevrilən lakunar (follikulyar) tonzillit inkişaf edir.

Xroniki tonzillit yerli infeksiyasının klassik nümunəsidir, mahiyyət etibarı ilə damaq badamcıqlarında lokal iltihabi reaksiya ilə müşayiət olunan xroniki yoluxucu-allergik xəstəlikdir və bu fəaliyyətə əsaslanan bütün fəsadlar zəncirinin inkişafına səbəb ola bilər və çox vaxtalardada olur. Bu processində əsasında β-hemolitik streptokokların antigenləri və müxtəlif patogenlik amilləri durur. Bu amillərdəndə əsası streptolizinlərdir.

Streptolizinlər streptokoklar tərəfindən istehsal olunan ekzotoksinlər və fermentlər qrupudur və yerli və sistemli toksik təsir göstərir və infeksiyanın orqanizmdə yayılmasına kömək edir.

Bunlara daxildir:

1. Hüceyrə membranlarını aktiv şəkildə zədələyən və hemolizə səbəb olan streptolizin S və streptolizin O sistemli intoksikasiyanın, kardiotoksikliyin inkişafına gətirib çıxarır ki, bu da O-streptolizin aktivliyi şəraitində miokard hüceyrələrinin mitoxondrilərində enerji proseslərinin boğulması ilə izah olunur. Bu fermentlərin hər ikisi immun hüceyrələrinə, xüsusən də faqositlərə mənfi təsir göstərir.

2. Streptokinaz - plazminogenin proteolitik ferment plazminə çevrilməsini kataliz edir.

3. Birləşdirici toxuma hüceyrələrinin genomunun elementlərini məhv edən dezoksiribonukleaza, streptodornaza (DNT-ase)

4. A, B və C tiplərinin proteazları və eritrogen toksinləri (aka pirojenik ekzotoksin). Skarlatina zamanı görünən səpkilər Eritrojenetik toksinlərlə bağlıdır.

5. Birləşdirici toxumanın əsas komponenti olan hialuron turşusunu məhv edən Hialuronidaza

Xroniki Tonzillitin simptomları

Tonzillitin klinik əlamətləri olduqca spesifikdir. Xronili tonzillit diaqnozu asanlıqla qoyula bilər.

Tipik simptomlara aşağıdakılar daxildir:

1. Boğazda ən müxtəlif intensivlikdə ağrı, udma zamanı narahatçılıqdan şiddətli kəskin ağrılara qədər;

2. Badamcıqların özünün yerləşdiyi palatin tağları qızarır, şişir;

3. Çənəaltı limfa düyünləri böyüyüb, biz bunu palpasiya ilə hiss edirik və ultrasəs müayinəsi zaman müəyyən edə bilərik;

4. Axşam saatlarında artan bədən istiliyinin uzun müddətli müşaidə edilməsi. Əksər halda bədən istiliyi 37,3-dən çox deyil, bu da bədənin gücünü tükəndirir;

5. Xroniki tonzillitdə udlaqda qiciqlanma, diskomfort, ağırlıq və boğaz ağrısı tez-tez rast gəlir;

6. Xroniki tonzillitdə bəzən mənşəsi aydın olmayan öskürək olur;

8. İmmun hüceyrələrin ölmüş hissəsindən, bakteriyalardan, kanalların  ölmüş epiteliy hüceyrələrindən və yemək qalıqlarıilə biryerdə  kanalların boşluqlarında toplanan irinli çürümüş toksiki kütlələr əmələ gəlir, hansına ki biz kazeoz tıxac deyirik;

7. Halitoz - badamcıqların lakunalarında əmələ gələn kazeoz tıxac kütləsinin çürüməsi nəticəsində yaranan ağız qoxusu;

9. Nadir hallarda üşümə;

10. Xroniki tonzillitdə baş ağrısı ümumi simptomdur;

11. Xroniki tonzillitin çox yayılmış simptomu artan yorğunluq, performansın azalması və zəiflikdir.

12. Əzalarda, xüsusən də oynaqlarda ağrı hissi - xroniki tonzillitin toksik-allergik formasının əmin əlamətləri

Tonzillitin mümkün olan fəsadları

Xroniki tonzillitin ağırlaşmalarının iki kateqoriyaya bölünür: yerli və ümumi.

 Yerlilərə aşağıdakılar daxildir:

1. Udlağın arxa divarın selikli qişasının altında irinləmə processinin nəticəsində əmələ gələn retrofaringeal arxa abses;

2. Paratonsilyar abses -  badamcıqlarının kapsulunun xaricində irinli iltihabı nəticəsində;

3. Boyunda olan irinli limfadenit nadir, lakin çox qorxulu bir ağırlaşmadır.

Ümumi ağırlaşmalar arasında revmatik deyilən ağırlaşma mühüm yer tutur. Onlar xroniki tonzillitin kəskinləşməsinin başlamasından təxminən 3-5 həftə sonra üzə çıxır.

Bu ümumi ağırlaşmalara aşağıdakılar daxildir:

1. Revmatik ürək xəstəliyi (miokardit, endokardit, aritmiya, perikardit);

2. Revmatik böyrək zədələnməsi (pielonefrit, qlomerulonefrit);

3. Böyük birləşmələrin revmatik lezyonları (vaskulit);

4. Beyin və sinirlərin revmatik zədələnməsi, revmatik xoreya adlanan və ya "Sydenham xoreası";

5. Sepsis - tam orqanizmə yayılan infeksiya;

6. Skarlatina - kəskin yoluxucu xəstəlik

7. Boyun damarının tromboflebiti (Lemierre sindromu) gənc və sağlam insanlarda daha tez-tez baş verən nadir, lakin çox təhlükəli ağırlaşmadır.

Xroniki tonzillitin müalicəsi haqqda burada oxuya bilərsiz