8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Tonsillektomiya yerli və ya ümumi anesteziya altında edilə bilər

Tonsillektomiya yerli və ya ümumi anesteziya altında edilə bilər
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Boğaz
Dərc olunub:  2022 - 03 - Noy

1 - Yerli anesteziya tonzillektomiya zamanı

Son illərdə lokal anesteziya olduqca nadir hallarda istifadə olunur. Və bunun səbəbləri var:

- anesteziklərə qarşı allergik reaksiyalar nadir hallar deyil və hasılarki, bəzən allergik şokla nəticələnir

- cərrahın xəstənin vəziyyətinə görə daim məcburi açıq ağız, güclü qanaxma, xəstənin nəfəs almaq istədiyi fonunda, əməliyyatı normal və rahat şəkildə səhvsiz və daha dəqiq aparmaq imkanı yoxdur;

- bəzi xəstələr, xüsusilə emosional labilliyi olan xəstələr arterial kollaps səbəbindən huşunu itirə bilər

Lokal anesteziya tonzillektomiya zamanı necə aparılır?

Əvvəlcə udlağın selikli qişasına və dilin kökünə 10% lidokain məhlul istifadə edilir (qusma refleksini boğmaq üçün).

Sonra anestezik damaq qövsünə submukozal boşluğuna infiltrasiya edilir. Anestezik olaraq ən çox 1% novokain və 2% lidokain istifadə olunur.

İnfiltrasiya müəyyən ərazilərdə və nöqtələrdə aparılır. Bu, ön və arxa palatin tağlarının birləşdiyi yerdir, badamcıqların orta hissəsində, ön palatin qövsünün alt hissəsində, arxa damaq qövsündə. İynənin ucu  təqribən 0,8 sm mədərinliyində yeridilir  və damarlara iynə daxil olub olmayıb yoxlanılması prinsipiilə aparılmalıdır. Hər bir nöqtədə vurulan məhlulun həcmi təxminən 2,5 ml olmalıdır.

2 - Ümumi anesteziya və ya narkoz tonzillektomiya zamanı

Ən tez-tez müasir dünyada, endotraxeal anesteziya (ümumi anesteziya və ya narkoz) istifadə olunur. Təcrübəli və yaxşı hazırlanmış anestezioloqun əlində müasir anesteziya cərrahın normal işi üçün zəmanətli şərtdir və nəticədə əməliyyatın əla nəticəsini təmin edir.