8:00 - 9:00

Mon - Fri

+994-50-4294858

+994-55-7788813

Xroniki tonzillitin müalicəsi xroniki tonzillitin kəskinləşməsinin olub-olmamasından və laboratoriya və klinik parametrlərindən asılıdır.

Xroniki tonzillitin müalicəsi xroniki tonzillitin kəskinləşməsinin olub-olmamasından və laboratoriya və klinik parametrlərindən asılıdır.
Müəllif: Dr. İsmayıl İ. Kateqoriya: Boğaz
Dərc olunub:  2022 - 03 - Noy

Xroniki tonzillitin müalicəsi xroniki tonzillitin kəskinləşməsinin olub-olmamasından və laboratoriya və klinik parametrlərindən asılıdır.

Xroniki tonzillitin kəskinləşməsi zamanı aparılan müalicə xroniki tonzillitin kəskinləşməsinin səbəbindən asılıdır.  Kəskinləşmənin səbəbi bakterialdırsa antibiotiklər tablet, maye və ya inyeksion şəklində təyin edilir. Antibiotiklər həm yerli, həm də ümumi fəsadların yaranmasının qarşısını alır.

Əgər viral yəni virus səbəblərdən danışırıqsa, onda antiviral müalicə təyin edilir. Əgər göbələk mənşəlidirsə - müvafiq olaraq, antifungal müalicə tətbiq olunur. Bundan əlavə, müxtəlif antiseptik maddələrlə durqarqara təyin edilir, lakin onların effektivliyi sübut edilməmişdir. Kəskinləşmə zamanı fizioterapiya qadağandır.

Remissiya mərhələsində müalicə xroniki tonzillitin gedişatının laboratoriya və klinik parametrlərindən asılıdır.

Xroniki tonzillit üçün müxtəlif konservativ müalicə üsulları var, lakin onlar xroniki tonzillitin müalicəsinə yönəldilmir, bütün bu üsullar xroniki tonzillitin remissiyasını uzatmaq üçün cəhdlərdir.

Bu üsullara aşağıdakılar daxildir:

1. Xroniki tonzillit zamanı fizioterapiya - bunlar qalloterapiya, limfa düyünlərinə maqnit-lazer təsiri, fonoforez və damaq badamcıqlarının UVI (ultrabənövşəyi şüalanması) kimi fizioterapevtik prosedurlardır.

2. Xroniki tonzillitdə damaq badamcıqlarının kanalcıqlarının sanasiya, yuyulması - damaq badamcıqlarının boşluqlarının xüsusi antiseptik və antibakterial məhlullarla birbaşa yuyulmasıdır. Xroniki tonzillitdə damaq badamcıqların müxtəlif sanasiya yuma üsulları mövcuddur.

Bunlara daxildir:

- İynesiz şpris ilə yuyulma - antiseptik məhlulun  təzyiqi altında ranalların təmizlənməsi.

 - Vakuum aspirasiyası - xüsusi cihaz yaradan mənfi təzyiq altında damaq badamcıqların boşluqlarından kanallarından kazeoz kütlələrinin sorulması.

- Tonsillor aparatı ilə damq badamcıqların kanallarının ultrasəslə təmizlənməsi üsulu, ikiqat effekt verir: ultrasəs damaq badamcıqlarının toxumalarının qanla təchizatını, qidalanmasını yaxşılaşdırır, kazeoz kütlələri xırda hissəciklərə ayırır və mənfi təziqlə onları boşaldır.

Xroniki tonzillitin tam müalicəsinin yalnız bir üsulu var. Və bu  müalicə - cərrahi üsuldur: tonzillektomiyadır.

Tonzillektomiyanın müxtəlif üsulları var.

Ən geniş istifadə olunanları sadalayırıq:

1.Klassik tonzillektomiya

2. Soyuq plazma tonzillektomiyası

3. Cərrahi koaqulyatorla tonzillektomiya

4. Cərrahi plazma ilə tonzillektomiya

5. Cərrahi lazerlə tonzillektomiya

Əməliyyat üçün göstərişlər:

1 - Xroniki tonzillitin ümumi revmatik ağırlaşmaları

2 - Xroniki tonzillitin yerli ağırlaşmaları (arxa faringeal divarın absesi, peritonsilyar absesi, servikal irinli limfadenit)

3 - Xəstəliyin tez-tez təkrarlanması:

-  İldə 7 dəfə tonzillit epizodu.

- 2 il ərzində il ərzində 5 dəfə.

- 3 il ardıcıl olaraq ildə 3 dəfə tonzillit epizodu.

Cərrahi müalicəyə əks göstərişlər:

- Şiddətli ürək çatışmazlığı.

- Kompensasiya olunmamış şəkərli diabet.

- Böyrək çatışmazlığı.

- Artan qanaxma riski ilə müşayiət olunan qan xəstəlikləri (müxtəlif hemofiliya, trombositopeniya, trombositopatiya, leykemiya, trombositopenik purpura).

- Müxtəlif lokalizasiyanın bədxassəli xəstəlikləri.

- Aktiv formada ağciyər vərəmi.

- Yoluxucu xəstəliklərin kəskin dövrü.

Tonsillektomiya yerli və ya ümumi anesteziya altında edilə bilər - bu haqqda təklif olunan linklə keçib tanış ola bilərsiz.